Hitrou hava limanı gəlir proqnozunu 5 milyard dollara yaxın artırıb

Britaniyanın ən böyük və Avropanın bir o qədər işlək hava limanı olan Hitrou illik gəlir proqnozunu artırıb. SİA “Reuters” agentliyinə istinadla xəbər verir ki, Hitrou 2025-ci ildə 3,61 milyard funt sterlinq (təxminən 4,96 milyard ABŞ dolları) gəlir əldə etməyi planlaşdırır. Bu, təxminən 3 faizlik artımdır. Bildirilib ki, buna səbəb uzaq məsafəli uçuşlara olan yüksək tələbat və istirahət məqsədli səyahətlərin artmasıdır. Həmçinin, inflyasiyanın və gündəlik xərclərin azalması səyahət tələbatının bərpasına təkan verib. Şirkət gələcəkdə sərnişin sayının artacağı, eləcə də birbaşa reyslərin sayının çoxalması ilə əlavə tələbatın yaranacağını gözləyir.

Daha çox

Rus ordusu Donetskin üç məntəqəsini işğal etdi

Rusiya ordusu Donetsk vilayətində 3 yaşayış məntəqəsini işğal edib . SİA xəbər verir ki, bu barədə “DeepState» analitik layihəsi məlumat yayıb . “Düşmən Donetskin Novosilka, Zaporojye və Otradnoye məntəqəsini işğal edib”, – məlumatda qeyd olunub. Bildirilib ki, ruslar Yalta kəndi yaxınlığında, Vesyoloye və Stepnoyedə irəliləyib.

Daha çox

Britaniyada miqrasiya böhranına səbəb “Brexit”dir

Avropa İttifaqının (Aİ) rəsmi tədqiqat sənədində bildirilib ki, Böyük Britaniyada miqrasiya böhranının əsas səbəbi “Brexit”dir. SİA “Telegraph”a istinadla xəbər verir ki, Avropa Parlamentinin tədqiqat xidməti tərəfindən “Brexit” paradoksu: Aİ-dən çıxmaq miqrasiyanı necə artırdı?” adlı hesabat hazırlanıb. Sənəddə qeyd olunub ki, Birləşmiş Krallıq Aİ-də qalsaydı, hökumətlər qanunsuz miqrasiyanı, xüsusilə də Avropadan kiçik qayıqlarla gələnləri daha effektiv şəkildə nəzarətdə saxlaya bilərdi. Həmçinin bildirilib ki, post-“Brexit” dövründə miqrasiya qanunlarının liberallaşdırılması səbəbindən Britaniyada miqrasiya göstəricisi 2023-cü ildə 906 min nəfərə yüksəlib. “Miqrasiya ilə bağlı narahatlıqlar bir çox britaniyalını Aİ-dən çıxmağa səsverməyə vadar etdi. Bununla…

Daha çox

Dünyanın ən quraq səhrasına qar yağıb

Çilinin Atakama səhrası qar örtüyünə bürünüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, qarlı səhranın videosu ALMA rəsədxanasının “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. Videonun şərhində rəsədxana işçiləri qarın yağmasından təəccüblərini ifadə edərək Atakamanın dünyanın ən quraq səhrası olduğunu vurğulayırlar. ALMA əməkdaşları nadir bir hadisənin şahidi olduqlarını bildirirlər. Atakamada belə qar yağışı on ildə bir dəfədən çox olmayaraq baş verir. Bundan əvvəl, 2024-cü ildə BMT xəbərdarlıq etmişdi ki, qlobal temperatur 3 dərəcə Selsini keçərsə, Cənubi Avropa ölkələri genişmiqyaslı səhralaşma təhlükəsi ilə üzləşəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin sədri Cim Skinin…

Daha çox

Rusiya neftinin ixracı son səkkiz ayın ən aşağı səviyyəsinə düşüb…

Ən böyük azalma Baltik limanlarında qeydə alınıb… …Rusiyanın neft məhsullarının ixracı iyunda son səkkiz ayın ən aşağı səviyyəsinə düşüb. SİA-nın məlumatına görə, bu barədə Bloomberg yazır. Vortexa Ltd. analitik şirkətinin məlumatına görə, iyunun ilk iyirmi günündə Rusiyadan neft məhsullarının dəniz yolu ilə daşınması sutkada iki milyon barel təşkil edib. Bu, oktyabr ayından bəri ən aşağı aylıq göstəricidir və may ayı və ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalmadır. Ən böyük azalma, 15 faizdən çox, Baltik limanlarında qeydə alınıb ki, bu da neft emalı…

Daha çox

Çin mediası Putinin Tayvan sualına verdiyi cavabdan təsirlənib…

Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalistin Çinin Tayvana qarşı mümkün hərbi əməliyyatı ilə bağlı sualına cavabı Çində heyranlığa səbəb olub. SİA-nın məlumatına görə, Çinin “Sohu” portalının yazdığı kimi, Rusiya lideri Pekinlə münasibətləri korlamadan təxribatdan qaça bilib. Deməli, Rusiya prezidenti Vladimir Putinin amerikalı NBC jurnalisti Key Simmonsun Tayvanla bağlı təxribat xarakterli sualına cavabı çinli müşahidəçilərdə güclü təəssürat yaradıb. Çinin “Sohu” portalının yazdığı kimi, Rusiya lideri Pekinlə dostluq münasibətlərini qoruyub saxlamaqla “tələdən” məharətlə qaçmağı bacarıb. SPİEF çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşdə jurnalist Çin Xalq Azadlıq Ordusunun (AXO) Tayvana qarşı güc…

Daha çox

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti Denis Denisov hesab edir ki, Ukraynanın hazırkı baş naziri Denis Şmıxalı istefaya məcbur etmək cəhdləri ola bilər. Buna səbəb prezident aparatının rəhbəri Andrey Yermakla oliqarx Rinat Axmetov arasında gedən daxili siyasi mübarizədir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Denis Denisov hesab edir ki, ölkədə daxili siyasi mübarizənin kəskinləşməsi ilə əlaqədar Ukraynanın hazırkı baş naziri Denis Şmıxalı istefaya məcbur etmək cəhdləri ola bilər. O, fikirlərini RİA Novosti ilə bölüşüb. Denisovun sözlərinə görə, Şmıqal oliqarx Rinat Axmetovun himayədarı sayılır. Eyni zamanda, Prezident Aparatının rəhbəri…

Daha çox

İran münaqişədən sonra Çin qırıcı təyyarələrinin alınmasını sürətləndirib…

İsrail Hərbi Hava Qüvvələrinin üstünlüyünü nümayiş etdirən İsraillə 12 günlük qarşıdurmadan sonra İran J-10C çoxməqsədli qırıcıların partiyasını almaq üçün Çinlə danışıqları gücləndirib. Razılaşma, nəhayət, İran müdafiə nazirinin Çinə səfəri fonunda baş tuta bilər. SİA xatırladır ki, 26 iyun 2025-ci ildə İran, İsrail və ABŞ ilə 12 günlük müharibədə fəlakətli itkilərdən sonra hava qüvvələrinin döyüş qabiliyyətini bərpa etmək üçün təcili cəhd olaraq, Chengdu J-10C çoxməqsədli qırıcıların bir partiyasını əldə etmək üçün Çinlə danışıqları artırıb. 20 ilə yaxındır müzakirə edilən sövdələşmə rekord müddətdə bağlana bilər. Təcililiyin səbəbləri: İsrailə qarşı hava əməliyyatlarının fəlakətli…

Daha çox

Misirdə ağır yol qəzasında 19 nəfər ölüb

Misirin Mənufiyyə vilayətinin Aşmun rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər həlak olub, 3 nəfər yaralanıb. SİA xəbər verir ki, qəza zamanı xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. İctimai Həmrəylik Nazirliyinin vilayət üzrə nümayəndəsi Məhəmməd Cümənin sözlərinə görə, hadisə Aşmun rayonunda magistral yolda qeydə alınıb. Belə ki, ağır yük maşını işçiləri daşıyan mikroavtobusla toqquşub.

Daha çox