Tailandın paytaxtı Banqkokda yüzlərlə etirazçı baş nazir Pxetxonqtxan Çinavatın istefasını tələb edir. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Etirazlar Kamboca ilə sərhəddəki gərgin vəziyyətlə bağlıdır. Agentliyin məlumatına görə, bu, hazırkı “Phıa Thai” partiyası hakimiyyətə gəldikdən sonra hökumət əleyhinə ən böyük etiraz aksiyasıdır.
Daha çoxDay: June 28, 2025
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
İyunun 27-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Daha çoxİranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
İranda İsraillə 12 günlük münaqişə zamanı həlak olanlar üçün dəfn mərasimi başlayıb. SİA xəbər verir ki, bu barədə “The Times of Israel” İran KİV-ə istinadən məlumat yayıb. Qeyd olunub ki, mərasim təxminən 60 həlak olan şəxsə həsr ediləcək. Onların arasında ali hərbi rəhbərlik, həmçinin nüvə alimləri də var.
Daha çoxRusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Rusiyanın Primorski diyarında Novonejino aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Uzaq Şərq Nəqliyyat Prokurorluğuna istinadən məlumat yayıb. “Yüngül mühərrikli təyyarə Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında qəzaya uğrayıb. Hava gəmisi 1969-cu il təvəllüdlü vətəndaş tərəfindən idarə olunurdu. O, hadisə nəticəsində həlak olub. Təyyarədə başqa şəxslər olmayıb”, – məlumatda bildirilib. Qeyd edilib ki, insan ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması faktı üzrə iş açılıb.
Daha çox"Cəhənnəm istisi" gəlir
“Cəhənnəm istisi” gəlir
Daha çoxABŞ-nin zərbə endirdiyi Fordo nüvə obyektində tikinti briqadaları işə başlayıb
ABŞ Hərbi Hava Qüvvələrinin zərbələr endirdiyi İranın Fordo nüvə obyektində tikinti briqadaları işə başlayıb. SİA xəbər verir ki, bu barədə “New York Post” nəşri peyk görüntülərinə istinadən məlumat yayıb. Briqadalar ekskavatorlar və buldozerlərlə ABŞ-nin “GBU-57” bunker əleyhinə raketlərinin zərbələrindən sonra əmələ gələn çuxurların yaxınlığındadırlar. İşçilərin bəziləri nüvə obyektinə gedən yeraltı yolları bərpa edirlər. Xatırladaq ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirib.
Daha çoxDanimarka vətəndaşlarının görünüşü və səsi əqli mülkiyyət kimi tanınacaq
Danimarka “dipfeyk” (süni intellektin köməyi ilə yaradılmış foto, audio və videomaterialların real şəkildə əvəzlənməsi) problemini kökündən həll etmək qərarına gəlib. Ölkə hökuməti dünyada ilk dəfə olaraq hər bir vətəndaşın üzünü, səsini, hətta davranış tərzini onun şəxsi əqli mülkiyyəti kimi tanımağı təklif edib. SİA xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat verib. Əgər şəxsin rəqəmsal surəti – istər üz, istər səs, istərsə də davranış – neyron şəbəkələrdən istifadə edilməklə yenidən yaradılıbsa və razılıq olmadan internetdə dərc olunubsa, belə “dipfeyk”in müəllifi materialı silmək məcburiyyətində qalacaq. Bundan əlavə, zərərçəkmiş təzminat ala…
Daha çoxBöyük Britaniyada avtomobil istehsalı 76 ilin ən aşağı səviyyəsinə düşüb
Böyük Britaniyada avtomobil istehsalı may ayında son 76 ilin ən aşağı səviyyəsinə düşüb. SİA BBC-yə istinadla xəbər verir ki, ölkədə cəmi 49 min 810 avtomobil istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1/3 azalma deməkdir. 2020-ci ildəki pandemiya dövrü istisna olmaqla, bu göstərici 1949-cu ildən bəri ən aşağı rəqəmdir. Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyəti (SMMT) istehsalın bu qədər azalmasını əsasən ABŞ-a ixracın kəskin düşməsi ilə əlaqələndirir. Belə ki, mart ayında ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 25 faizlik idxal rüsumları bir çox avtomobil istehsalçısını…
Daha çoxFilippin sahillərində güclü zəlzələ baş verib
Filippin sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri 679 min nəfərə yaxın əhalisi olan General Santos şəhərindən 138 km şərqdə, zəlzələ ocağı 102 km dərinlikdə yerləşib. Dağıntı və xəsarət alan barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Daha çox"Cəhənnəm istisi" gəlir – Nələr baş verəcək?
“Cəhənnəm istisi” gəlir – Nələr baş verəcək?
Daha çox