Azərbaycan düyü idxalını 17 %-ə yaxın azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 27 min 210 ton düyü idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə düyünün dəyəri 25 milyon 811 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 376 ton (16,5 %), dəyər baxımından isə 8 milyon 66 min ABŞ dolları (23,8 %) azdır. Hesabat dövründə düyü idxalına çəkilə xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ini təşkil edib.

Daha çox

40 kiloqrama yaxın narkotik vasitə götürülüb

İyunun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 17,6 tona yaxın çəkidə 43568 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də DİN-in əməkdaşları tərəfindən…

Daha çox

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,5 ABŞ dolları, yaxud 0,68 % azalaraq 72,85 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,17 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,67 % azalaraq 71,53 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

“8 Noyabr” Elektrik Stansiyası enerji gücümüzün, Zəfər ruhumuzun və geosiyasi rolumuzun simvoludur

Azərbaycanın enerji siyasəti və iqtisadi inkişaf strategiyası son illərdə mühüm mərhələlərdən keçir. Prezident İlham Əliyevin cari ilin 24 iyun tarixində Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı bu baxımdan həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. “8 Noyabr” adı ilə Zəfər Gününü əbədiləşdirən bu layihə həm ölkəmizin enerji infrastrukturunun gücləndirilməsinə, həm də milli qürurun və dövlətçilik iradəsinin iqtisadi platformada təcəssümünə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin müasir enerji strategiyası baxımından mühüm dönüş nöqtəsidir. Stansiyanın yaradılması və qısa…

Daha çox

Odessanın atəşə tutulması nəticəsində 2 nəfər ölüb, təxminən 10 nəfər yaralanıb

Ukraynanın Odessa şəhərinin Rusiya tərəfindən gecə saatlarında atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, daha 9 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “RBK-Ukraina” Ukrayna polisinin məlumatına istinadən məlumat yayıb. Həmçinin qeyd olunub ki, yaralananlar arasında uşaqlar da var. “Yaşayış evləri, digər mülki infrastruktur və avtomobillər zərər görüb. Bütün yanğınlar söndürülüb. Hazırda doqquz nəfərin yaralandığı məlumdur, onların arasında 3 və 7 yaşlı iki uşaq var”, – məlumatda qeyd edilib.

Daha çox

Bakıda kontakt karate üslubları üzrə yay seminarı keçirilir

Bakıda kontakt karate üslubları üzrə nümunəvi yay seminarı keçirilir. SİA xəbər verir ki, Heydər Əliyev Mərkəzində açıq havada təşkil olunan seminarda Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov və digər rəsmilər iştirak edir. 500-ə yaxın idmançının yer aldığı seminar üç – Kyokuşinkay Karate, Kosiki-Kudo Karate və Aşihara Karate üslubu üzrə təşkil olunub. Seminar Şihan Allahverdi Rüstəmov və Rafael Bünyatov tərəfindən keçirilir. Tədbir 26 iyun – Silahlı Qüvvələr gününə həsr olunub.

Daha çox

Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. XİN-dən SİA-ya daxil olan sənəddə iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub. “Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”, – bəyanatda vurğulanıb.

Daha çox

Bu dəfə Putin doğrudan da, pəjmürdəhal olub…

“Rusiya uçurumun kənarında” olduğunu öyrənən Kreml rəhbəri hərbi xərcləri azaltmağa başlayacaq… Kreml rəsmilərinin Rusiyanın “resessiya astanasında” olduğu xəbərdarlığından sonra Vladimir Putin hərbi xərcləri azaltmağa hazırlaşır. SİA-nın məlumatına görə, “The Telegraph” yazır ki, Putin 2026-cı ildə müdafiə xərclərini azaltmağa başlayacağını, ümumi ixtisarların üç il davam edəcəyini bildirib. NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizə çatdırmaq planlarını şərh edən Putin bildirib ki, alyans üzvləri pulu “ABŞ-dan satınalmalara və hərbi sənaye kompleksinin dəstəklənməsinə” xərcləyəcəklər. Nəşr qeyd edib ki, Putin planlarını Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun bu yaxınlarda ölkənin…

Daha çox