AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

Bu gündən milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir. SİA xəbər verir ki, bu barədə AZAL-dan bildirilir. Xatırladaq ki, reyslərin müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir. Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Daha çox

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

Bu ilin l rübündə Azərbaycan Amerika Birləşmiş Ştatlarının (ABÇ) iqtisadiyyatına 14,7 milyon dollar birbaşa investisiya qoyub. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın ABŞ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 %-dən 4,7 %-ə çatıb. Rüb ərzində ABŞ isə Azərbaycan iqtisadiyyatına 42,3 milyon dollar birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 31,1 % çoxdur. Hesabat dövründə ABŞ-in Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,1 %-dan 2,8 %-a çatıb. Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan…

Daha çox

Tailandda hakimiyyətə qarşı etirazlar başlayıb

Tailandın paytaxtı Banqkokda yüzlərlə etirazçı baş nazir Pxetxonqtxan Çinavatın istefasını tələb edir. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Etirazlar Kamboca ilə sərhəddəki gərgin vəziyyətlə bağlıdır. Agentliyin məlumatına görə, bu, hazırkı “Phıa Thai” partiyası hakimiyyətə gəldikdən sonra hökumət əleyhinə ən böyük etiraz aksiyasıdır.

Daha çox

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

İyunun 27-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Daha çox

Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Rusiyanın Primorski diyarında Novonejino aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Uzaq Şərq Nəqliyyat Prokurorluğuna istinadən məlumat yayıb. “Yüngül mühərrikli təyyarə Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında qəzaya uğrayıb. Hava gəmisi 1969-cu il təvəllüdlü vətəndaş tərəfindən idarə olunurdu. O, hadisə nəticəsində həlak olub. Təyyarədə başqa şəxslər olmayıb”, – məlumatda bildirilib. Qeyd edilib ki, insan ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması faktı üzrə iş açılıb.

Daha çox

ABŞ-nin zərbə endirdiyi Fordo nüvə obyektində tikinti briqadaları işə başlayıb

ABŞ Hərbi Hava Qüvvələrinin zərbələr endirdiyi İranın Fordo nüvə obyektində tikinti briqadaları işə başlayıb. SİA xəbər verir ki, bu barədə “New York Post” nəşri peyk görüntülərinə istinadən məlumat yayıb. Briqadalar ekskavatorlar və buldozerlərlə ABŞ-nin “GBU-57” bunker əleyhinə raketlərinin zərbələrindən sonra əmələ gələn çuxurların yaxınlığındadırlar. İşçilərin bəziləri nüvə obyektinə gedən yeraltı yolları bərpa edirlər. Xatırladaq ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirib.

Daha çox

Danimarka vətəndaşlarının görünüşü və səsi əqli mülkiyyət kimi tanınacaq

Danimarka “dipfeyk” (süni intellektin köməyi ilə yaradılmış foto, audio və videomaterialların real şəkildə əvəzlənməsi) problemini kökündən həll etmək qərarına gəlib. Ölkə hökuməti dünyada ilk dəfə olaraq hər bir vətəndaşın üzünü, səsini, hətta davranış tərzini onun şəxsi əqli mülkiyyəti kimi tanımağı təklif edib. SİA xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat verib. Əgər şəxsin rəqəmsal surəti – istər üz, istər səs, istərsə də davranış – neyron şəbəkələrdən istifadə edilməklə yenidən yaradılıbsa və razılıq olmadan internetdə dərc olunubsa, belə “dipfeyk”in müəllifi materialı silmək məcburiyyətində qalacaq. Bundan əlavə, zərərçəkmiş təzminat ala…

Daha çox

Böyük Britaniyada avtomobil istehsalı 76 ilin ən aşağı səviyyəsinə düşüb

Böyük Britaniyada avtomobil istehsalı may ayında son 76 ilin ən aşağı səviyyəsinə düşüb. SİA BBC-yə istinadla xəbər verir ki, ölkədə cəmi 49 min 810 avtomobil istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1/3 azalma deməkdir. 2020-ci ildəki pandemiya dövrü istisna olmaqla, bu göstərici 1949-cu ildən bəri ən aşağı rəqəmdir. Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyəti (SMMT) istehsalın bu qədər azalmasını əsasən ABŞ-a ixracın kəskin düşməsi ilə əlaqələndirir. Belə ki, mart ayında ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 25 faizlik idxal rüsumları bir çox avtomobil istehsalçısını…

Daha çox