Filippin sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri 679 min nəfərə yaxın əhalisi olan General Santos şəhərindən 138 km şərqdə, zəlzələ ocağı 102 km dərinlikdə yerləşib. Dağıntı və xəsarət alan barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Daha çoxDay: June 28, 2025
"Cəhənnəm istisi" gəlir – Nələr baş verəcək?
“Cəhənnəm istisi” gəlir – Nələr baş verəcək?
Daha çoxXameneini rüsvayçı ölümdən xilas etdim
12 günlük müharibə zamanı İranın dini rəhbəri Ayətullah Seyid Əli Xameneini “alçaldıcı ölümdən” xilas etdim. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Tramp qeyd edib ki, Xameneinin yerini bilsə də, onun öldürülməsinə icazə verməyib.
Daha çoxArzu və Leyla Əliyevalar körpələr evində
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva körpələr evinin sakinləri ilə görüşüblər. SİA xəbər verir ki, bununla bağlı Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımı təqdim edirik:
Daha çoxUkraynadakı münaqişə ilə bağlı fikirlər dəyişib
“Avropa ölkələrinin siyasətçiləri Ukraynadakı münaqişənin dözülməz nəticələrini bilirlər”. SİA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Nazirin sözlərinə görə, Ukraynadakı münaqişə ilə bağlı fikirlər dəyişib. O, bunu NATO-nun Haaqadakı sammitində müşahidə etdiyini deyib. Fidan xatırladıb ki, Avropanın əksər ölkələri əvvəllər atəşkəs istəmirdilər: “İndi vəziyyətin dözülməz həddə çatdığını görürlər”, – deyə Türkiyənin XİN başçısı bildirib.
Daha çoxAtlantik okeanında nüvə tullantılarının olduğu 1000-dən çox çəllək aşkarlanıb
Beynəlxalq tədqiqat qrupu Atlantik okeanının şimal-şərqində içərisində nüvə tullantıları olan 1000-dən çox çəllək aşkarlayıb. SİA xəbər verir ki, bu barədə “Bild” qəzetində dərc olunan məqalədə qeyd edilib. Qəzetin Fransanın CNRS elmi-tədqiqat təşkilatına istinadla yaydığı xəbərdə bildirilib ki, qrup iyunun ortalarında Brest şəhərindən “L’Atalante” gəmisi ilə yola düşərək Qərbi Avropa hövzəsinə çatıb. Ekspedisiya burada dörd həftə ərzində içərisində atom silahının tullantıları olan çəlləklərin ekosistemə təsirini araşdıracaq. Qrupun tərkibində Almaniyanın Thünen Balıqçılıq Ekologiyası İnstitutunun bir tədqiqatçısı da yer alıb. 1950-1980-ci illərdə bir sıra dövlətlər nüvə tullantılarını okeana atıb. Proses 1993-cü ildə qadağan…
Daha çoxRusiyalı tələbə çörək oğurladığı üçün Belarusdan deportasiya edilib…
O hələ cibində qiymə də aparmaq istəyib…ha indi oğurladığı çörəyi yavan yiyəsi deyilmiş ki…amma gülmə… …Görün nə olub,.. yox, yaxşısı budur ki, oxuyun!?. Deməli, Belarusdakı Qrodno Dövlət Tibb Universitetinin tələbəsi mağazadan bulka oğurlayarkən tutulub. Demə bu, Rusiyadan gəlib Belarusda təhsil alan tələbənin ilk əməli deyilmiş. Və ona görə də, Qrodno Vilayət İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsi bildirib ki, əcnəbi vətəninə deportasiya edilib. Deməli, rus universitetdə təhsil almaq üçün 2023-cü ilin avqustunda Qrodnoya gəlib. Akademik uğursuzluğa görə birinci kursdan xaric edilib və özünə iş taparaq işləyib.…
Daha çoxUkrayna Rusiyanın hərbi aerodromuna hava zərbələri endirib…
Su-34 təyyarələri məhv edilib Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki Marinovka aerodromunda iki ədəd Su-34 təyyarəsini məhv edib, daha ikisini isə zədələyib. SİA-nın məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir. UTX-nin məlumatına görə, rus qırıcıları uzaq mənzilli dronlardan istifadə etməklə hədəfə alınıb. Hücum nəticəsində aerodromun hərbi obyektin mühüm infrastrukturu olan texniki və əməliyyat hissəsində də yanğın baş verib. Baş Qərargahın məlumatına əsasən, iyunun 27-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi…
Daha çoxİngiltərənin liman şəhərində gəmidə yanğın baş verib
İngiltərənin Hull şəhərində limanda yanğın baş verib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Albert Dock” limanında lövbər salmış gəmidə alovun söndürülməsi üzrə əməliyyata başlanıb. Hadisə yerinə dörd yanğınsöndürən maşın, bir hava platforması, Hull Sahil Mühafizəsi və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın yerli vaxtla saat 10:22-də qeydə alınıb. Xidmətin sözçüsünün bildirdiyinə görə, yanğın metallom daşıyan gəminin yük anbarında başlayıb. Gəmidə insanlar olub, lakin onların hamısı təhlükəsiz şəkildə təxliyə edilib və hazırda heç bir itki qeydə alınmayıb. Ətraf ərazilərdə yaşayan sakinlərə və biznes sahiblərinə pəncərə və qapılarını bağlı saxlamaq…
Daha çoxAvropa İttifaqının ən ucuz ölkələrinin adı açıqlanıb
Ən bahalı Danimarka və Lüksemburqdur. Rumıniya 2024-cü ildə ərzaq xərclərinə görə Avropa İttifaqının “ən ucuz” ölkəsi, Bolqarıstan isə bir sıra digər kateqoriyalar üzrə “ən ucuz” ölkə olub. SİA-nın məlumatına görə, “European Pravda” xəbər verir ki, bu barədə məlumatı Eurostat-ın məlumatlarına istinadən milli statistika idarəsi yayıb. “Qida və alkoqolsuz içkilər” kateqoriyasında 2024-cü ildə ən ucuz Avropa İttifaqı ölkəsi Rumıniya olub, ondan sonra Slovakiya və Polşa gəlir. Eyni zamanda, bu mallar ən çox Lüksemburq və Danimarkada baha olub. Bolqarıstan alkoqol və tütün məmulatlarının, geyim və ayaqqabıların, yanacaq…
Daha çox