Rusiya Tu-95MS bombardmançı təyyarələrini havaya qaldırıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. “Olenya aerodromundan (Murmansk vilayəti) cənub-şərq istiqamətində uçan üç Tu-95MS təyyarəsinin hərəkəti qeydə alınıb. Raket təhlükəsi və qanadlı raketlərin buraxılması halında biz əlavə məlumat verəcəyik”, – açıqlamada qeyd olunub.
Daha çoxDay: June 29, 2025
Suriyada külli miqdarda narkotik vasitə qaçaqmalçılığının qarşısı alınıb
Son iki gündə Suriyanın Livanla sərhəd bölgələrində keçirilən əməliyyatlar nəticəsində 3 milyon yarım kaptaqon həbi və külli miqdarda həşiş ələ keçirilib. SİA Suriyanın SANA xəbər agentliyinə istinadla bildirir ki, Suriyanın Daxili İşlər Nazirliyi iyunun 27-də əl-Cəracir sərhəd bölgəsində təxminən 3 milyon kaptaqon həbinin və 50 kiloqram həşişin müsadirə edilməsi barədə məlumat yayıb. İyunun 28-də isə Livanla sərhəd olan Nəbək bölgəsində 500 min kaptaqon həbi, 500 həşiş bağlaması və 165 kiloqram marixuana müsadirə edilib. Qeyd edilir ki, narkotik vasitələr yük maşınında ölkəyə daxil olub. Suriya DİN bu işlə əlaqədar iki nəfərin…
Daha çoxBu gün 36 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və…
Daha çoxYaxın günlərdə Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq
Fransa 18-ci antirusiya sanksiyalar paketinin yaxın günlərdə AB tərəfindən razılaşdırılacağını gözləyir. SİA xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan Noel Barro deyib. “Yaxın günlərdə danışıqların yekunlaşması gözlənilir”, – nazir əlavə edib.
Daha çoxBeş minədək ukraynalı dindar Vatikana toplaşıb
Ukraynadan və digər ölkələrdən olan təxminən 5 min ukraynalı dindar Vatikanda toplaşıb. SİA xəbər verir ki, Yunan-Katolik Kilsəsinin üzvü olan dindarlar Müqəddəs Pyotr Kilsəsinin müqəddəs qapısından keçib, Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüblər. Papa Leo ukraynalı dindarlara müraciətində müharibə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib, mənasız müharibənin ağrısını paylaşdığını bildirib, sülh və əmin-amanlıq arzulayıb. Ukraynalı dindarların səfəri Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində baş tutub.
Daha çoxBosniya və Herseqovinada güclü meşə yanğını baş verib
Bosniya və Herseqovinanın Lyubuşki şəhəri ətrafında güclü meşə yanğını baş verib. SİA xəbər verir ki, əraziyə dərhal mülki müdafiə qüvvələri və yanğınsöndürənlər göndərilib. Yanğının qismən söndürüldüyü, lakin tüstünün hələ də ətraf ərazilərdən göründüyü bildirilib. Qərbi Herseqovina Kantonunun Mülki Müdafiə İdarəsinin məlumatına görə, yanğın sürətlə yayılaraq geniş ərazini əhatə edib. Yanğın yaxınlıqdakı yaşayış məntəqələri və biznes binaları üçün təhlükə yaradıb. Əraziyə digər bölgələrdən də yanğınsöndürənlər cəlb olunub.
Daha çoxAvstriya qaçqınlar üçün məcburi iş tətbiq edəcək…
Üzrlü səbəb olmadan iki dəfə iştirak etməmək ağır nəticələrə səbəb olacaq… Iyulun 1-dən Avstriyanın Burgenland federal əyaləti qaçqınlar üçün məcburi ictimai işlər haqqında qayda tətbiq edəcək. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sığınacaq axtaranlar, məsələn, parklara baxmaq, qocalar evlərində köməklik etmək və ya təmizlik işləri aparmalı olacaqlar. Qeyd olunur ki, saatlıq tarif 1,6 avrodur və iki dəfə üzrlü səbəb olmadan iştirakdan imtina etmək ciddi nəticələrə səbəb olacaq. Bu halda, Burgenlandın Sosial İşlər Naziri Daniela Vinklerin izah etdiyi kimi, insan əsas yardımı itirmək riski altındadır…
Daha çoxSanksiyalar sərtləşdirilir…
Norveç Rusiyanın “kölgə donanması”na və pilotsuz təyyarələrinə zərbələr endirib …Norveç Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketinə qoşulub və cümə günü, iyunun 27-də qüvvəyə minən yeni məhdudiyyətlər tətbiq edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Norveç hökumətinin saytında bildirilir. Sanksiyalar siyahısına Rusiyanın məhdudiyyətlərdən yayınmaq üçün istifadə etdiyi “kölgə donanmasının” 189 gəmisi, həmçinin pilotsuz təyyarələrin, silahların, döyüş sursatlarının, hərbi texnikanın, əsas komponentlərin tədarükü və Rusiya hərbi-sənaye kompleksinin maddi-texniki təminatı ilə məşğul olan 17 fiziki şəxs…eləcə də 58 şirkət daxildir. Sanksiyalar Norveç və…
Daha çox“Rusiya Federasiyası üçün bu itkilər çox ağrılıdır”…
Aviasiya eksperti Rusiyanın Su-34-lərinin məhv edilməsindən danışır… Ukrayna Təhlükəsizlik Xidməti və Xüsusi Əməliyyat Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Marinovka aerodromunda dörd Su-34 təyyarəsinin məhv edilməsi və zədələnməsi rus işğalçıları üçün ağrılıdır. SİA-nın məlumatına görə, bu fikri “AOPA Ukrayna” Pilotlar və Təyyarə Sahiblərinin Ukrayna Aviasiya Assosiasiyasının prezidenti Gennadi Xazan “Espresso”nun efirində deyib. …Su-34 kimi döyüş bölməsinin istənilən itkisi ruslar üçün çox ağrılıdır. Belə bir təyyarənin hər bir itkisi ciddi şəkildə hiss olunur. Xüsusilə iki təyyarə tamamilə məhv ediləndə və ikisi ciddi zədələnəndə. Belə təyyarələri ancaq zavodda təmir…
Daha çoxRusiya Atom Elektrik Stansiyasını Ayda 2030-cu ildə quraşdıracaq..?
Ayda işləyəcək ilk atom elektrik stansiyasının 2030-cu ilə qədər quraşdırılmasına hazır olması planlaşdırılır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Kurçatov İnstitutu” Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk bildirib. Kovalçukun sözlərinə görə, institut Ayın səthində istifadə oluna biləcək atom elektrik stansiyaları üçün tam layihələr hazırlayıb. Hazırda texniki həllər və kompleksin kosmik şəraitə hazırlanması üzərində iş aparılır. Bundan əvvəl Roskosmosun rəhbəri Dmitri Bakanov bildirmişdi ki, hazırlanmaqda olan Rusiya Orbital Stansiyasında (ROS) daimi yaşayış olmayacaq, müvəqqəti olaraq ziyarət edilən və maksimum avtomatlaşdırılmış obyektə çevriləcək. Bakanovun sözlərinə görə, bu, gələcəkdə ekipajlar…
Daha çox