Abşeron çimərliklərində gözlənilən HAVA

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, iyunun 30-da mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti olacaq. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Daha çox

Almaniyada “Böyük keçid” adlı hərbi təlimdə dörd ölkənin 1200 hərbçisi iştirak edir

Almaniyanın Aşağı Reyn bölgəsində beynəlxalq hərbi təlimə start verilib. SİA xəbər verir ki, “Böyük keçid” (Grand Crossing) adlı təlimə dörd ölkədən – Almaniya, Böyük Britaniya, Niderland və İtaliyadan ümumilikdə 1200 hərbçi və 500-dən çox hərbi texnika cəlb olunub. Təlim çərçivəsində Almaniya-Britaniya 130-cu mühəndis batalyonu Reyn çayının geniş yatağını keçmək üçün xüsusi bərə sistemi qurub. Əvvəlcədən kəşfiyyat və hazırlıq işləri aparıldıqdan sonra hərbi hissələr və texnika əraziyə daşınıb. Manevrin əsas məqsədi çay keçidi zamanı birgə koordinasiyanı və mühəndis-texniki imkanları sınaqdan keçirməkdir. Təlim 14 gün davam edəcək və növbəti mərhələdə Vezer çayının…

Daha çox

Azərbaycana leysan yağacaq, dolu düşəcək

Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Daha çox

Türkiyədə zəlzələ olub

Türkiyənin Aralıq dənizində 3,7 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. AFAD Aralıq dənizində 3,7 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. Zəlzələnin saat 05:49-da qeydə alındığı və 7 km dərinlikdə baş verdiyi müəyyən edilib. Məlumatına görə, Aralıq dənizində baş verən zəlzələnin episentri dənizin altında olub və yerli vaxtla səhər saatlarında hiss edilib.

Daha çox

Mask Trampa açıq hücum etdi

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın proqramını maliyyələşdirəcək böyük xərclər tələb edən qanun layihəsini yenidən tənqid edib. SİA xəbər verir ki, Mask Senatdakı respublikaçıları “böyük, gözəl qanun layihəsi” adlandırılan paketi qəbul etməyə tələsdikləri üçün qınayıb. “Senatın son qanun layihəsi milyonlarla Amerika iş yerini məhv edəcək və ölkəmizə böyük strateji ziyan vuracaq! Tamamilə çılğın və dağıdıcıdır. Bu layihə keçmişin sənayelərinə sövq verir və gələcəyin sənayesinə ciddi ziyan vurur”, – Mask “X” sosial şəbəkəsində yazıb. Bununla o, “böyük, gözəl qanun layihəsi”nin büdcə təsirlərinə görə siyasi baxımdan qeyri-populyar olduğuna dair sorğu…

Daha çox

“Rusiya tərəfi törədilən cinayətlərlə bağlı Azərbaycan xalqından üzr istəməlidir”

“Rusiyanın Sverdlovsk vilayətində, Yekaterinburq şəhərində baş verən hadisələr təkcə fərdi cinayət faktları kimi yox, sistemli və məqsədli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib. O bildirib ki, Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycan əsilli şəxslərin evlərində vəhşicəsinə reydlər keçirməsi, onları işgəncəyə, ölümə məruz qoyması – sadəcə hüquqi normaların pozulması deyil, etnik təmizləmənin növbəti təzahürüdür: “25 il əvvəl baş vermiş bir cinayətə görə insanların vəhşicəsinə saxlanılması və qeyri-insani rəftarın tətbiqi beynəlxalq hüququn, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının açıq pozuntusudur. Bu cür davranışlar təkcə Rusiya Konstitusiyası ilə…

Daha çox

Kallas bu gün İrəvana gəlir

Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Kaya Kallas iyunun 29-dan 30-dək Ermənistanda rəsmi səfərdə olacaq. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, iyunun 30-da Xarici İşlər Nazirliyində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Kaya Kallas arasında görüş, daha sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.

Daha çox

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir…

Daha çox

İsrailin zərbəsi – İranın Evin həbsxanasında 71 nəfər öldü

İsrail Müdafiə Qüvvələrinin iyunun 22-də İranın paytaxtı Tehrandakı Evin həbsxanasına zərbəsi nəticəsində 71 nəfər ölüb. SİA IRNA-ya istinadən xəbər verir ki, bunu məhkəmə hakimiyyətinin mətbuat katibi Əsgər Cahangir açıqlayıb. “Rəsmi statistikaya görə, Evində zərbə nəticəsində 71 nəfər ölüb”, – o bildirib. Nümayəndə vurğulayıb ki, ölənlər arasında inzibati heyətin əməkdaşları, müddətli əsgərlər, məhbuslar, məhbus ailələrinin üzvləri, həmçinin həbsxana ilə yanaşı evlərin sakinləri var. Mətbuat katibi olayda xeyli sayda insanın yaralandığını desə də, onların sayını açıqlamayıb. Qeyd edək ki, Tehranın şimalında yerləşən Evin həbsxanası İranın ən böyük penitensiar müəssisələrindən biridir. Həbsxana 1972-ci…

Daha çox