5 ildə valideyni itirmiş 283 şəxsə ev verilib


“Son 5 ildə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş 283 nəfərə ev verilib”. SİA-nın verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son 5 ildə yaşı 65-dən yuxarı olan şəxslərə sosial xidmətlər göstərilib: “3 580 vətəndaşa evdə səyyar xidmət göstərilib. Onların arasında 100 yaşı olan şəxslər var”.

Sədr əlavə edib ki, 2023-25-ci illərdə cəzasının bitməsinə 3 ay qalmış 844 nəfərə sosial adaptasiya tədbirləri görülüb.

Əlaqəli Xəbərlər