Polşanın neft emalı şirkəti “Orlen” iyunun 30-dan sonra Çexiyadakı neft emalı zavodu üçün Rusiya nefti almayacaq. SİA-nın əldə etdiyi məlumata görə, Reuters xəbər verir ki, bu barədə şirkətin baş direktoru İreneuş Fafara bildirib. Çexiyadakı Litvinov neft emalı zavoduna Rusiya neftinin tədarükü üçün Rosneft ilə müqavilə “Orlen”i Rusiya nefti ilə birləşdirən sonuncu müqavilə idi.
…Bu gün biz Mərkəzi Avropanı Rusiya neftindən azad etdik.
Qeyd edək ki, Fafara bunu mətbuat konfransında bildirib.
Əli Babayev