“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bu ilin iyulun 22-də saat 10:00-da Tərtər rayonunda Tərtər və Bərdə sakinləri üçün vətəndaş qəbulu keçirəcək. SİA səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qəbul Tərtər rayonu, Heydər Əliyev Mərkəzində keçiriləcək.