Ölənlərin sayı 30-u ötüb və onların yarısı uşaqlardır…


Pakistanın şimalında son 36 saatda daşqınlar nəticəsində ölənlərin sayı 30-u ötüb.

Və ölənlərdən hər ikincisi uşaqdır.

SİA-nın məlumatına görə, bunu The Guardian yazır.

Qeyd olunur ki, qurbanların siyahısını ölümcül tələyə düşmüş turistlər ailəsi genişləndirib.

Belə ki, Svat çayının daşması zamanı böyüklər və uşaqlar özlərini kiçik bir ərazidə tapıblar.

Qeyd olunur ki, ailə bir saatdan çox xilasediciləri gözləyib, lakin xilasedici-filan gəlməyib və onların hamısını güclü axın aparıb.

Qeyd edək ki, 240 milyondan çox insanın yaşadığı Pakistanda daşqınlar nadir hadisə deyil və tez-tez böyük insan itkisinə səbəb olur.

Xatırladaq ki, üç il əvvəl belə bir fəlakət 1700-dən çox insanın həyatına son qoymuşdu.

Əli Babayev

Əlaqəli Xəbərlər