26 İyun – Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında maarifləndirici tədbir təşkil olunub. SİA xəbər verir ki, tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir çərçivəsində narkomaniyanın fəsadlarına həsr edilmiş rəsm sərgisinə baxış olub. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları, Səhiyyə Nazirliyinin Sumqayıt Narkoloji…
Daha çoxDay: June 30, 2025
COP29 nümayəndə heyəti Sevilyada beynəlxalq konfransda iştirak edir
COP29 nümayəndə heyəti inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Beynəlxalq konfransda iştirak etmək üçün Sevilyaya səfər edib. Bu barədə SİA COP29-un “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. “Bu gün COP29 sədrliyinin nümayəndə heyəti inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Beynəlxalq konfransa qatılmaq üçün Sevilyaya səfər edib. Nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizə mövzusunu qlobal gündəliyin mərkəzində saxlamağı və hökumətlərə Bakı konfransında götürdükləri öhdəlikləri xatırlatmağı planlaşdırır”, – paylaşımda qeyd olunub. Konfrans iyunun 30-dan iyulun 3-dək Sevilyada keçiriləcək və dayanıqlı inkişafa investisiyaların yatırılmasını müzakirə etmək üçün dünya liderlərini, beynəlxalq qurumların, vətəndaş cəmiyyətinin və müxtəlif BMT…
Daha çoxTDT dövlətlərinin ÜDM-in həcmi 594 milyard dollara çatıb
Qlobal qeyri-müəyyənlik fonunda Türk dövlətləri güclü iqtisadi artım, ticarət və investisiya performansı ilə dünya iqtisadiyyatının artım tempini üstələyib. Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (ŞKTR) – birgə ÜDM həcmini 593,8 milyard dollara çatdıraraq qlobal iqtisadiyyatın 2,1 faizini təşkil edib. SİA xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin birinci rübünə dair buraxılışında qeyd olunub. Məlumata…
Daha çoxTürkiyədə meşə yanğınları ilə əlaqədar 50 mindən çox adam təxliyə edilib
Türkiyənin İzmir, Biləcik və Hatay bölgələrində baş verən meşə yanğınları ilə əlaqədar 50 mindən çox insan təhlükəsiz əraziyə təxliyə edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında paylaşım edib. Nazir qeyd edib ki, Biləcikdə 64 yaşayış evi, 3 iş yeri və 20 tövlə, İzmirdə isə 132 yaşayış evi və 1 iş yeri ynğınlardan zərər görüb.
Daha çoxQohum nikahlarının qarşısı xüsusi informasiya sistemində yoxlanılaraq alınacaq
Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılacaq. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sözügedən məsələ qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq. Bildirilib ki, əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir: “Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan…
Daha çoxNaxçıvanın 2024-cü il büdcəsinin icrası haqqında qanun qəbul edilib
Naxçıvan Ali Məclisi “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” qanunu qəbul edib. SİA-nın yerli bürosunun məlumatına görə, qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub. Bununla da Ali Məclisin növbədənkənar sessiyası öz işini başa çatdırıb.
Daha çoxMilli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti iyunun 30-da Özbəkistan Respublikasına işgüzar səfərə gedib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanı Ürgənc şəhərinin beynəlxalq hava limanında Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək.
Daha çox“Azərbaycan mediası öz işini peşəkar formada yerinə yetirir”
“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamında qeyd olunur ki, Azərbaycan mediası Vətən müharibəsi dövründə əsl vətənpərvərlik, həmrəylik nümunəsi sərgiləyib. Prezidentin Sərəncamında yer tutan bu cümlələr mediamızın həm peşəkar, həm də vətənpərvər olduğunu göstərir və Azərbaycan jurnalistikasının tarixi fəaliyyətini qiymətləndirmək üçün mənbə rolunu oynayır. Sərəncam Azərbaycan mediasının keçmiş fəaliyyətini qiymətləndirməklə yanaşı, həm də jurnalistikamızın gələcək fəaliyyətindən gözləntiləri ifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib. O bildirib ki, diqqət yetirsək görərik ki,…
Daha çoxRusiya ombudsmanı Yekaterinburqda RF Baş Prokurorluğuna vəsatət göndərib
Rusiya ombudsmanı Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin saxlanmasının qanuniliyinin və onların hüquqlarına riayət olunmasının yoxlanılması tələbi ilə RF Baş Prokurorluğuna vəsatət göndərib. SİA xəbər verir ki, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, iyunun 27-də Yekaterinburqda Azərbaycan diasporunun üzvlərinin saxlanılması ilə bağlı araşdırma aparılması üçün Rusiya Federasiyasının Baş Prokurorluğuna vəsatət göndərilib. Söhbət həbsin qanuniliyinin və əsaslı olmasının yoxlanılması, habelə cinayət işi üzrə şübhəli və zərərçəkmiş şəxslərin hüquqlarına riayət olunmasından gedir. Moskalkova onu da qeyd edib ki, o, Sverdlovsk vilayəti üzrə ombudsman Tatyana Merzlyakova ilə daimi əlaqə saxlayır, sonuncu…
Daha çoxKənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
Azərbaycanda bir torpaq sənədi üzrə 3 hektar və daha çox sahəni bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizi verməlidir. SİA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir. Nazirlik bəyan edib ki, torpaqların aqrokimyəvi analizlərinin aparılmasına dair reqlamentə əsasən artıq bir torpaq sənədi üzrə 3 ha və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizinə cəlb olunurlar. Bir torpaq sənədi üzrə 3 ha-dan az ərazi üzrə bəyan vermiş fermerlərin torpaq analizi könüllü müraciəti əsasında aparılır. Aqrokimyəvi analizlərin aparılması fermer üçün çoxsaylı…
Daha çox