Sabah çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, iyulun 1-də mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Daha çox

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb

İyunun 30-da Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyindən bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq xidməti departamentinin rəisi Vladislav Kanevski rəhbərlik edib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin…

Daha çox

Rusiyada çörək problemləri başlayır..?

Çörək qiymətlərinin məhdudlaşdırılması çörək zavodlarının iflasına səbəb ola bilər. …Rusiyada ən populyar çörək növü olan dilimlənmiş ağ çörək, səlahiyyətlilər sosial əhəmiyyətli mallara ciddi qiymət nəzarəti tətbiq edərsə, mağazalardan yoxa çıxa bilər. SİA-nın məlumatına görə, bu barədə ölkənin ən böyük çörək və qənnadı məmulatları holdinqinin sahibi “Kolomenski”nin sahibi Aleksey Tulupov RBC-yə müsahibəsində bildirib. Mart ayında Rusiyanın baş naziri Mixail Mişustin hökumətin ərzaq inflyasiyasını yavaşlatmaq üçün “ən sərt” tədbirlər görməyə hazır olduğunu açıqlamışdı. Dumada illik hesabatı ilə çıxış edərkən o xatırladıb ki, regionlar artıq əsas ərzaq məhsulları üzrə…

Daha çox

DSMF-nin sədri BSTA-nın Bürosunun üzvü seçilib

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bürosunun 130-cu iclası keçirilib. İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev açıq səsvermə yolu ilə BSTA-nın Bürosunun üzvü seçilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, iki gün davam edən iclasda assosiasiyanın idarəçiliyində və xidmətlərinin təşkilində büronun əhəmiyyəti vurğulanıb. Büro üzvləri və Texniki Komissiyaların sədr vəzifələrində dəyişikliklər, assosiasiyaya üzvlük vəziyyəti və yeni müraciətlər barədə məlumat verilib. İclasda BSTA-nın Prezidentinin və Baş katibinin fəaliyyəti, Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq,…

Daha çox

Zəfər qatarı Zəngəzura yaxınlaşır

“Mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var”. Ulu Öndər Heydər Əliyev Azərbaycanın dəmir yolunun çox zəngin tarixi və ənənələri mövcuddur. Polad magistral ötən iki əsrdə Azərbaycana misilsiz uğurların qazanılması, dünya məkanına çıxışı və nəhəng nəqliyyat coğrafiyalarında öz layiqli yerini tutması və inkişafında bir növ açar rolunu oynayıb. 145 il əvvəl dəmir relslər üzərində ilk addımlarını atan Azərbaycan…

Daha çox

İtaliyada 4,6 bal gücündə zəlzələ olub

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Kampi Fleqrey bölgəsində 4,6 bal gücündə zəlzələ baş verib. Bu, bölgədə son 40 ildə qeydə alınan ən şiddətli yeraltı tıkandır. SİA xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, episentri Bakoli qəsəbəsi olan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib. Bölgədə müxtəlif maqnitudalı ardıcıl yeraltı təkanlar olub. Təbiət hadisəsi əhali arasında təşviş yaradıb, insanlar evlərini tərk ediblər. Bölgədə qatarların hərəkəti müvəqqəti dayandırılıb. Zəlzələ Neapol şəhərində də hiss olunub. Qeyd edək ki, Kampi Fleqrey şəhəri qədim vulkanik kraterlərdən ibarətdir. Bölgədə seysmik aktivlik son 1 ildə artıb.…

Daha çox

“Azərbaycan mətbuatı bu gün təkcə ölkə daxilində deyil,..”

“Bildiyiniz kimi, bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunacaq. Bu əlamətdar tarix yalnız mətbuat tariximizin deyil, həm də milli maarifçilik və ictimai fikir tariximizin mühüm mərhələsidir. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr edilən “Əkinçi” qəzeti ilə əsasları qoyulan Azərbaycan milli mətbuatı o dövrdən bu günə qədər xalqımızın maariflənməsində, ictimai şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik ideyalarının yayılmasında mühüm rol oynayıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçərək müxtəlif tarixi dövrlərin çətin…

Daha çox

Əmlakların qiymətləndirilməsi prosesində hansı sənədlərin olması zəruridir?

“Qiymətləndirmə prosesində ilk və ən vacib mərhələ daşınmaz əmlakla bağlı lazımi sənədlərin toplanmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, qiymətləndirmə aparılacaq əmlakın növünə və təyinatına görə sənədlər dəyişə bilər. Lakin ümumilikdə aşağıdakı sənədlər tələb olunur: “Hüquqi sənədlər: Mülkiyyət hüququnu təsdiqləyən çıxarış (kupça), torpaq sahəsinə dair dövlət aktı və ya icarə müqaviləsi, tikintiyə icazə və istismara qəbul aktı. Texniki sənədlər: Texniki pasport, bina planı, kadastr və torpaq ölçü planı. Əlavə sənədlər: Əgər dəyərə təsir edə biləcək hallar varsa – icarə müqavilələri, texniki vəziyyət aktları,…

Daha çox

Moskvanın Yekaterinburq faciəsi

Rusiyanın dövlət qurumları baş verənlərə qanuni don geydirməyə çalışırlar Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr gündəmdə ən çox müzakirə olunan mövzular sırasındadır. Rosqvardiyanın törətdiyi vəhşiliklər barədə danılmaz faktlar qarşısında Rusiya hakimiyyətinin çıxılmaz duruma düşəcəyini düşünənlər çox yanıldılar. Moskva adətinə uyğun olaraq hadisədə yenə də hakimiyyət nümayəndələrini yox, qanunsuz olaraq evinə soxulduğu, öldürdüyü, həbs etdiyi insanları haqsız çıxarmağa cəhd edir. Rusiya mətbuatı da qaynar qazana dönüb, az qala azərbaycanlıları və onları həmişə döğma Vətən kimi dəstəkləyən Azərbaycanı günahkar çıxarmağa çalışır. Bakı cəza tələb edir Rusiyanın güc strukturları tərəfindən aparılan axtarışlar və…

Daha çox

Voloqdada Yak-40 hadisəsinin səbəbi açıqlanıb…

“Voloqda Aviation Enterprise” aviaşirkətinin Yak-40 reg/RA-88231 sərnişin təyyarəsi Voloqda hava limanından qalxarkən az qala qəzaya uğrayacaqdı. Ekipaj və sərnişinlər xəsarət almayıb. SİA-nın məlumatına görə, Mash Telegram kanalı yazır. Hadisə bazar ertəsi, iyunun 30-da baş verib. VGV2390 “Voloqda-Moskva” reysi ilə uçan təyyarə saat 8:07-də ​​havaya qalxsa da, 8 dəqiqədən sonra təyyarə uçuş-enmə zolağına qayıdıb. Hadisə şahidinin sözlərinə görə, leylək qəfildən Yak-40-ın sağ mühərrikinə çırpılıb. Təyyarənin pilotları qalan mühərrikin gücündən istifadə edərək təyyarəni döndərə və uçuş hava limanına endirə biliblər. Yanğın və ciddi fəsadların qarşısı alınıb. Bundan əvvəl Moskva vilayətinin Panovo kəndi…

Daha çox