“Bildiyiniz kimi, bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunacaq. Bu əlamətdar tarix yalnız mətbuat tariximizin deyil, həm də milli maarifçilik və ictimai fikir tariximizin mühüm mərhələsidir. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr edilən “Əkinçi” qəzeti ilə əsasları qoyulan Azərbaycan milli mətbuatı o dövrdən bu günə qədər xalqımızın maariflənməsində, ictimai şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik ideyalarının yayılmasında mühüm rol oynayıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçərək müxtəlif tarixi dövrlərin çətin…
Daha çoxDay: June 30, 2025
Əmlakların qiymətləndirilməsi prosesində hansı sənədlərin olması zəruridir?
“Qiymətləndirmə prosesində ilk və ən vacib mərhələ daşınmaz əmlakla bağlı lazımi sənədlərin toplanmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, qiymətləndirmə aparılacaq əmlakın növünə və təyinatına görə sənədlər dəyişə bilər. Lakin ümumilikdə aşağıdakı sənədlər tələb olunur: “Hüquqi sənədlər: Mülkiyyət hüququnu təsdiqləyən çıxarış (kupça), torpaq sahəsinə dair dövlət aktı və ya icarə müqaviləsi, tikintiyə icazə və istismara qəbul aktı. Texniki sənədlər: Texniki pasport, bina planı, kadastr və torpaq ölçü planı. Əlavə sənədlər: Əgər dəyərə təsir edə biləcək hallar varsa – icarə müqavilələri, texniki vəziyyət aktları,…
Daha çoxMoskvanın Yekaterinburq faciəsi
Rusiyanın dövlət qurumları baş verənlərə qanuni don geydirməyə çalışırlar Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr gündəmdə ən çox müzakirə olunan mövzular sırasındadır. Rosqvardiyanın törətdiyi vəhşiliklər barədə danılmaz faktlar qarşısında Rusiya hakimiyyətinin çıxılmaz duruma düşəcəyini düşünənlər çox yanıldılar. Moskva adətinə uyğun olaraq hadisədə yenə də hakimiyyət nümayəndələrini yox, qanunsuz olaraq evinə soxulduğu, öldürdüyü, həbs etdiyi insanları haqsız çıxarmağa cəhd edir. Rusiya mətbuatı da qaynar qazana dönüb, az qala azərbaycanlıları və onları həmişə döğma Vətən kimi dəstəkləyən Azərbaycanı günahkar çıxarmağa çalışır. Bakı cəza tələb edir Rusiyanın güc strukturları tərəfindən aparılan axtarışlar və…
Daha çoxVoloqdada Yak-40 hadisəsinin səbəbi açıqlanıb…
“Voloqda Aviation Enterprise” aviaşirkətinin Yak-40 reg/RA-88231 sərnişin təyyarəsi Voloqda hava limanından qalxarkən az qala qəzaya uğrayacaqdı. Ekipaj və sərnişinlər xəsarət almayıb. SİA-nın məlumatına görə, Mash Telegram kanalı yazır. Hadisə bazar ertəsi, iyunun 30-da baş verib. VGV2390 “Voloqda-Moskva” reysi ilə uçan təyyarə saat 8:07-də havaya qalxsa da, 8 dəqiqədən sonra təyyarə uçuş-enmə zolağına qayıdıb. Hadisə şahidinin sözlərinə görə, leylək qəfildən Yak-40-ın sağ mühərrikinə çırpılıb. Təyyarənin pilotları qalan mühərrikin gücündən istifadə edərək təyyarəni döndərə və uçuş hava limanına endirə biliblər. Yanğın və ciddi fəsadların qarşısı alınıb. Bundan əvvəl Moskva vilayətinin Panovo kəndi…
Daha çoxBaş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısında dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla siyahıya Azərbaycan Milli Elmlər Akademiyası üzrə hissəsinə Respublika Seysmoloji Xidmət Mərkəzi əlavə edilib.
Daha çoxÇin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
Bu gündən etibarən Çin Pekinlə Bakını birləşdirən yeni Çin-Avropa yük daşıma xəttini istifadəyə verib. Bu barədə SİA-ya Çin KİV-inə istinadən xəbər verir. Qeyd olunub ki, yükün çatdırılması “dəmir yolu – dəniz – dəmir yolu” multimodal sxemi üzrə həyata keçiriləcək. Yükün 15 gün ərzində Bakıya çatması gözlənilir. Hazırda Çin-Avropa yük qatarı Fanşan rayonunda yerləşən Pekin Beynəlxalq Quru Limanından yola düşməyi gözləyir.
Daha çoxBezuqlaya Sırski və Umerovun dəyişdirilməsi planlarından danışıb…
Ukrayna hakimiyyəti Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovun və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin dəyişdirilməsi imkanını nəzərdən keçirir. SİA-nın məlumatına görə, bu barədə Ali Radanın deputatı Maryana Bezuqlaya öz Telegram kanalında bildirib. Onun sözlərinə görə, hazırda Umerovun müavini olan Sergey Boevin yeni müdafiə naziri postuna namizədliyi nəzərdən keçirilir. Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin oluna bilər. …Namizədlər və bunun stulların yenidən təşkili olub-olmaması ilə bağlı öz nəticənizi çıxarın, – deyə Bezuqlaya yazıb. Radada Ukrayna Silahlı Qüvvələri Komandanlığı…
Daha çoxDaxili İşlər Nazirliyi araşdırmalara başlayıb…
“Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsi ilə bağlı… 2025-ci ilin fevralında “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb. SİA xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var. Əlavə məlumat veriləcək.
Daha çoxİlham Mirzəliyev Tərtərdə vətəndaşları qəbul edəcək
“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bu ilin iyulun 22-də saat 10:00-da Tərtər rayonunda Tərtər və Bərdə sakinləri üçün vətəndaş qəbulu keçirəcək. SİA səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir. Qəbul Tərtər rayonu, Heydər Əliyev Mərkəzində keçiriləcək.
Daha çoxMilli Məclisin növbədənkənar sessiyasının başa çatacağı tarix məlum olub
Milli Məclisin növbədənkənar sessiyasının başa çatacağı tarix məlum olub. SİA xəbər verir ki, sessiyanın son iki iclası qalıb – iyulun 4-ü və 8-də. Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası mayın 30-da 85 deputatın spiker Sahibə Qafarovaya müraciət əsasında çağırılmışdı. Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlament öz iclaslarını keçirir, Milli Məclisin komitə və komissiyalarının iclasları keçirilir, Milli Məclisin deputatları komitə və komissiyaların işində iştirak edirlər. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılırlar və onlar iyul ayının 15-dən avqust ayının 30-dək məzuniyyətdə hesab edilirlər.
Daha çox