Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Balakəndə vətəndaşları qəbul edib. SİA bu barədə agentliyə istinjadən xəbər verir. Məlumata görə, qəbulda Balakən və Zaqatala rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Daha çoxDay: June 30, 2025
Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim olunub
Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub. SİA xəbər verir ki, bu mərhələdə köçürülən 153 nəfərdən ibarət 37 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Daha çoxİtalyan Ethan cəbhə xəttində sağ qalmağından danışır…
…Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən, əslən İtaliyadan olan, Ethan çağırış işarəsi olan qırıcı mediaya cəbhə xəttində sağ qalma təcrübəsindən, xüsusən də Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) davamlı atəşi altında Demidovkada təkbaşına mühüm mövqe tutmasından, üç gün yeməksiz və susuz qalmasından danışıb. SİA-nın məlumatına görə, Rabitə bölməsinin komandiri olan Ethan, tərəfdaşı ilə birlikdə Kursk sərhəd bölgəsində cəbhənin bir çox bölgələrində rabitəni bərpa etdi, radiostansiyaları təmir etdi, zindanlarda və avadanlıqlarda rabitə qurub. Əsgər bildirib ki, döyüş tapşırığını yerinə yetirmək üçün ona üç gün lazım olub, bu müddətdə özünü yemək və su…
Daha çoxMüzəffər Ordumuz milli sərvətimizdir
Dövlət yaratmaq üçün əsas və vacib şərtlər: ərazi, əhali və milli dəyərlər. İstənilən dövlətin təhlükəsizliyinin qorunması asılılığı isə lider və orduya bağlıdır. Güclü, qüdrətli və taktik imkanlara malik olmaq hər bir milli ordunun funksiyasıdır. Bunla belə,ordunun gücü ilk müdafiə xarakterli olmalıdır. Tarixi proseslər göstərir ki, işğalçılığı və təcavüzkar məqsədləri qarşısında vəzifə kimi qoyan ordular tez ya gec biabırçı məğlubiyyətə düçar olurlar. Lider realist, iradəli və praqmatik olduqda dövlətin təhlükəsizliyi üçün hədəflər vaxtında müəyyən olunur, digər təsisatlar kimi ordu da təhlükəsizlik üçün zəruri tədbirlər görməyi vaxtında və layiqincə bacarır.Müasir və müstəqil…
Daha çoxAzərbaycan AİİB ilə əməkdaşlığın genişləndirilməsini nəzərdən keçirib
Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) layihələrin hazırkı vəziyyətini müzakirə edib, əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər. İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, bu barədə müzakirələr nazir müavini Səməd Bəşirlinin Pekində AİİB-in 10-cu İllik toplantısı çərçivəsində keçirdiyi görüşdə aparılıb. Toplantıda AİİB-nin 10 il ərzində əldə etdiyi nailiyyətlər, həmçinin üzv ölkələrlə Bankın gələcək fəaliyyəti nəzərdən keçirilib. İllik Toplantı çərçivəsində təşkil olunan “Müdirlərin dəyirmi masası”nda naziri müavini çıxış edərək, Bankla uğurlu əməkdaşlığı vurğulayıb. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal infrastruktur vasitəsilə regional bazarların əlaqələndirilməsindəki rolu qeyd olunub. Bankla…
Daha çoxBöyük Qayıdış: Kəngərli kəndinə həyat qayıdıb!
Kəndə 37 ailə – 153 nəfər köçürüldü Ötən əsrin son onilliyində baş verən ictimai-siyasi proseslər və torpaqlarımızın işğalı zamanı ermənilər təcavüzkar siyasət həyata keçirərək, insanlıq əleyhinə vəhşilik törətmiş oldular. Həmin illərdə torpaqlarımızın işğalı ilə yanaşı, mülki əhaliyə böyük ziyan vurulmuş, tarix-mədəniyyət abidələrini, infrastrukturu dağırtmış, ağılasığmaz vəhşiliklərə imza atmışlar. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Erməni barbarlığının nəticəsi olaraq, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilmişdir. Müharibədən sonrakı dövrdə torpaqlarımıza qayıdarkən erməni təcavüzkarlarının hansı işləri görməsi insanları dəhşətə…
Daha çox“Putin sülhdən danışanda istehza edir…”
Almaniya Xarici İşlər Naziri Ukraynanı gücləndirməyə çağırıb… …Vladimir Putin “sülh”dən danışanda istehza edir. Sülh yalnız təcavüzün dayandırıldığı zaman gələ bilər və bu məqsədlə Ukrayna güclənməlidir. SİA xəbər verir ki, Unian.net-in müxbirinin verdiyi məlumata görə, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful Kiyevdə Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə birgə mətbuat konfransında bildirib. …Biz Ukraynaya güc mövqeyindən danışa bilməsi üçün kömək etmək istəyirik. Putin bu gün sülhdən danışanda bu, sırf istehzadır. Onun danışıqlara hazır olması sadəcə lövhədir. O, bütün Ukraynanı ələ keçirmək və Avropada qorxu…
Daha çox“Texniki nasaz olan avtomobillər çox ciddi təhlükə yaradır”
“Texniki nasaz avtomobillər yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Belə nəqliyyat vasitələri qəza ehtimalını artırmaqla yanaşı, digər sürücülərin və sərnişinlərin həyatını da təhlükə altına atır. Ən çox rast gəlinən hallar arasında əyləc sistemində nasazlıq, işıqlandırma vasitələrinin işləməməsi, sükan idarəetməsində problemlər və mühərrik nasazlıqları yer alır”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, bu cür nasazlıqlar sürücünün nəqliyyat vasitəsini idarə etməsini çətinləşdirir və yolda gözlənilməz vəziyyətlərə səbəb olur: “Eyni zamanda, texniki cəhətdən nasaz avtomobillərin yolun ortasında dayanması və ya hərəkətə…
Daha çoxBəzi ölkələrin əyalətlərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Şimali Makedoniyanın Cənub-Qərbi Statistik regionunda, Niderlandın Qelderland əyalətində blutanq, Albaniyanın Dürres bölgəsində xırdabuynuzlu heyvanların taunu, İtaliyanın Sardiniya regionunda nodulyar dermatit, Polşanın Pomorsk inzibati ərazisində Nyukasl, Uelsin Pembrukşir bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə…
Daha çoxXocalıda əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Xocalı rayonunda növbəti maarifləndirmə tədbiri keçirilib. Bu barədə SİA-ya Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir Xocalı rayonunda fəaliyyət göstərən müəssisənin 25 işçisini əhatə edib. Maarifləndirmə tədbiri zamanı iştirakçılara əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi…
Daha çox