Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 30-dan iyulun 1-də keçən gecə bəzi yerlərdə qısamüddətli az yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu…
Daha çoxDay: June 30, 2025
Şuşada 6-cı İƏT biznes-forumu keçiriləcək
İyulun 2-də Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes-forumu keçiriləcək. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “İƏT Həftəsi” çərçivəsində baş tutacaq. Forumun keçirilməsində məqsəd İƏT regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir. Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə…
Daha çoxYekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib
Yekaterinburqda iyunun 27-də OMON-un hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib. SİA xəbər verir ki, onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı. Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.
Daha çoxTaksilərdə kondisioner məcburidir?
Taksilərdə kondisioner məcburidir? İsti yay günlərində taksi ilə gedərkən kondisionerin işləməsi sərnişin üçün sadəcə rahatlıq deyil, bəzən hətta zərurətə çevrilir. Amma görəsən, bu sistemin işlək olması rəsmi olaraq məcburidirmi? Bu sual həm Azərbaycanda, həm də digər ölkələrdə aktualdır. Gəlin, bu mövzuya geniş və anlaşıqlı şəkildə baxaq. SİA mövzu ilə bağlı araşdırma aparıb. Azərbaycanda vəziyyət necədir? Son illərdə Azərbaycanda taksilərlə bağlı qaydalar xeyli sərtləşdirilib. Əsas məqsəd sərnişinlərə daha keyfiyyətli və təhlükəsiz xidmət göstərməkdir. Məhz bu səbəbdən 2024-cü ildə Nazirlər Kabinetinin verdiyi qərara əsasən, bütün taksilər kondisioner sistemi ilə təchiz olunmalıdır. Qanun…
Daha çoxSabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Sabiq ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla F.Məmmədov bu mükafata ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb. Qeyd edək ki, F.Məmmədov 2000-2024-cü illər ərzində ədliyyə naziri olub. Hazırda Konstitusiya Məhkəməsinin hakimidir. Sabah, iyulun 1-i onun 70 yaşı tamam olur.
Daha çoxİrandan İlon Maskı məyus edəcək xəbər gəldi
İran İlon Maskın “Starlink” peyklərinin ölkədə istifadəsini qadağan edib. SİA xəbər verir ki, İran parlamenti İsraillə əməkdaşlıq edənlərin cəzalarını artıracaq 9 maddədən ibarət qanun layihəsini təsdiqləyib. Yeni qanun “Starlink” kimi icazəsiz internet sistemlərinin istifadəsini qadağan edəcək, eyni zamanda bunu edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. “Starlink” kimi icazəsiz internetə çıxış sistemlərini almaq, satmaq, istifadə etmək və ya başqalarına təqdim etmək qadağandır. Bu qaydaları pozanları 6 aydan 2 ilə qədər həbs gözləyir. Bu cihazların 10-dan çoxu ilə ticarət edənləri 5 ildən 10 ilə qədər həbs gözləyir.
Daha çoxİspaniya rekord dərəcədə istilərlə üzləşib
İspaniya rekord dərəcədə istilərlə üzləşib. İyunun 28-də Əndəlüsün Huelva El-Qranado əyalətində havanın temperaturu 46 dərəcəyə yüksəlib. SİA xəbər verir ki, “El Tiempo” qəzetinin məlumatına görə, Montoro və Fuentes-de-Andalucia bələdiyyələrində termometrlər müvafiq olaraq 44 və 43,9 dərəcəni göstərib. Meteoroloqlar yaxın günlərdə regionda temperaturun daha da yüksələcəyi barədə xəbərdarlıq edib. Ekspertlərin sözlərinə görə, bu meteoroloji müşahidələr dövrü ərzində iyun ayında ölkədə qeydə alınan ən yüksək temperaturdur. Qeyd edək ki, bir müddət öncə, Fransa güclü qasırğanın təsirinə məruz qalıb. Sürəti saniyədə 38 metrə çatan küləklər yeddi gün davam edən 40 dərəcəlik istilərdən sonra…
Daha çoxAzərbaycanda daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. SİA KOBİA-ya istinadən xəbər verir ki, müvafiq sənədin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. “Startap” şəhadətnamələri “İloyal” MMC-nin müştəri loyallığı və rəqəmsal menyu idarəetmə platforması və fərdi sahibkar Cəmil Muradovun qida və qeyri-qida məhsullarının satışı üzrə onlayn “marketpleys” və çatdırılma xidməti layihələri üçün təqdim edilib. Ümumilikdə indiyədək KOBİA tərəfindən 215 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi…
Daha çoxVətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
2020-ci il Vətən müharibəsinin bitməsindən sonra Azərbaycanda mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edilib. “Ermənistanın mina ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı şəkildə imtina etməsi bu ərazilərdə yaşayan mülki şəxslər və digər insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır”, – deyə paylaşımda qeyd edilib. Xatırladaq ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.
Daha çox“Ailəvi istirahət edənlər üçün giriş qiymətləri ciddi amildir”
“Bu il yay mövsümünün gecikməsi və qeyri-sabit hava şəraiti dənizkənarı obyektlərə, istirahət mərkəzlərinə və ümumiyyətlə turizm sektoruna nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərib. Adətən yay mövsümünün əvvəlindən etibarən müşahidə olunan aktivlik bu il kifayət qədər gec başlayıb. Mövsümün əsas qazanc dövrünün qısalması nəticəsində obyekt sahibləri əvvəlcədən yatırdıqları investisiyaların – məsələn, infrastrukturun bərpası, texniki hazırlıq, işçi heyətinin işə götürülməsi və reklam xərclərinin – geri dönüşünü əldə etməkdə çətinlik çəkirlər. Bu təzyiq nəticəsində bəzi sahibkarlar çıxış yolunu giriş haqqını süni şəkildə yüksəltməkdə görürlər”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.…
Daha çox