Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib.
“Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb. Bu barədə Şahin Şıxlinskinin oğlu vəkil Mutvalı məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həm atasını, həm də özünü saxlayıblar. Daha sonra Mutvalı azad edilib, Şahin Şıxlinski isə dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.
Mutvalı Şıxlinskinin fikrincə, saxlanılmanın səbəbi Yekaterinburqda iki azərbaycanlı qardaş – Səfərovların öldürüldüyü xüsusi əməliyyatla bağlıdır.
22:04
Rusiya mediasının məlumatına görə, Yekaterinburq şəhərində “Azərbaycan-Ural” ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski saxlanılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Yekaterinburq şəhərində “Bakı Plaza” binasının yaxınlığında hüquq-mühafizə orqanları genişmiqyaslı xüsusi əməliyyat keçirir.
Hazırda yerli hakimiyyət orqanlarından rəsmi açıqlama yoxdur.