Danimarka qadınları orduya çağırmaq qərarına gəlib


Danimarka hakimiyyəti qadınları məcburi hərbi xidmətə çağırmaq qərarına gəlib.

SİA xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Qeyd olunur ki, dəyişikliklər NATO ölkələrinə artan hərbi investisiyalar və Rusiya-Ukrayna münaqişəsi nəticəsində yaranan beynəlxalq gərginlik fonunda təsdiqlənib.

Danimarka parlamentinin 2023-cü ilin iyununda qəbul etdiyi qanuna əsasən, 2025-ci il iyulun 1-dən sonra 18 yaşı tamam olan danimarkalı qadınlar kişi həmyerliləri ilə bərabər əsaslarla hərbi xidmətə çağırış lotereya sisteminə daxil ediləcəklər.

Danimarka qanunlarına görə, könüllülər ilk növbədə hərbi xidmətə, digərləri isə püşkatma yolu ilə seçilir.

Yeni işə qəbul edilənlər də dörd aydan 11 aya qədər uzadılmış xidmət müddəti ilə üzləşəcəklər.

Qəzet qeyd edir ki, “əvvəlcə çağırışçılar beş ay əsas hazırlıq, sonra altı ay əməliyyat xidməti və əlavə təlim keçəcəklər. Bundan əvvəl məlum olmuşdu ki, Danimarka hakimiyyəti səhhətində problem olan vətəndaşları ölkənin Silahlı Qüvvələri sıralarına qəbul etməyə qərar verib.

Yenilənmiş hərbi uyğunluq tələblərinə diabet, yüngül astma, bəzi allergiya və diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu (DEHB) üçün imtinalar daxildir.

Əli Babayev

Əlaqəli Xəbərlər