İran və ABŞ arasında nüvə danışıqları ABŞ hərbi təhdidlərini dayandırmayana qədər davam etməyəcək. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı “CBS Nyus”a deyib. “Danışıqların bərpa edilib-edilməməsinə qərar vermək üçün ilk növbədə Vaşinqtonun danışıqlardan hərbi təcavüz üçün istifadə etməyəcəyinə əmin olmalıyıq”, – o bildirib.
Arakçının sözlərinə görə, diplomatiyanın qapıları heç vaxt bağlanmayacaq: “Uranın zənginləşdirilməsi qabaqcıl, elmə əsaslanan sənayedir. Bu sənaye zədələnərsə və ya məhv olarsa, biz bu sənayedə yenidən irəliləyiş əldə etmək üçün zərəri tez bir zamanda bərpa edə və uğursuzluqları aradan qaldıra bilərik. Uranın zənginləşdirilməsi texnologiyası və biliyi bombalama ilə məhv edilə bilməz”.