Ukraynanın Luqansk vilayətinin ərazisi Rusiya qüvvələri tərəfindən tamamilə işğal edilib. SİA xəbər verir ki, bu barədə “lpr” rəhbəri Leonid Paseçnik məlumat verib. “İki gün əvvəl “Luqansk Xalq Respublikası”nın ərazisinin tamamilə “azad edildiyi” barədə xəbər gəldi”, – Paseçnik qeyd edib.
Daha çoxDay: July 1, 2025
Azərbaycanda avronun məzənnəsi 2 manatı ötüb
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA xəbər verir ki, 2025-ci il iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Rusiyanın 100 rublu 2,1707 manatadək, Türkiyə lirəsi 0,0427 manatadək, Avro isə 2,0035 manata kimi bahalaşıb.
Daha çoxHərbi xidmətə çağırış BAŞLADI
Bu gündən Azərbaycan vətəndaşlarının hərbi xidmətə növbəti çağırışı başlayıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev mayın 19-da Azərbaycan vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2007-ci ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1995–2006-cı illərdə doğulan, yaşı 30-dək olan, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən…
Daha çoxBVF Ukraynaya 500 milyon dollar məbləğində əlavə kredit ayırıb
Ukrayna iqtisadiyyatında islahatlar və makroiqtisadi sabitlik istiqamətində atdığı addımlarla beynəlxalq maliyyə institutlarının etimadını qazanmaqda davam edir. Beynəlxalq Valyuta Fondu (IMF) daxili qiymətləndirmə prosesi nəticəsində Ukraynaya 500 milyon ABŞ dolları məbləğində əlavə kredit ayırdığını açıqlayıb. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu məbləğlə birlikdə IMF-in Ukraynaya dəstəyi çərçivəsində ümumi kredit həcmi 10,6 milyard dollara çatır. Yeni vəsaitin Ukrayna dövlət büdcəsinə birbaşa dəstək olaraq istifadə ediləcəyi bildirilir. IMF-in məlumatında qeyd olunub ki, 2025-ci il üzrə Ukraynanın iqtisadi artım proqnozu əvvəlki kimi 2-3 faiz səviyyəsində saxlanılır. Bu, əsasən qaz hasilatının azalması və…
Daha çoxBakının bəzi yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif…
Daha çoxBu ölkənin keçmiş vitse-prezidenti 13 il müddətinə həbs edildi
Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas 13 il müddətinə həbs edilib. SİA xəbər verir ki, bu barədə ölkə məhkəməsi qərar çıxarıb. Keçmiş vitse-prezident Manabi və Esmeraldas əyalətlərinə yardım üçün nəzərdə tutulan büdcə vəsaitlərini mənimsəməkdə ittiham edilib.
Daha çox“Netflix” NASA ilə əməkdaşlığa başladı
“Netflix” raket buraxılışlarını və astronavtların kosmosda gəzintilərini yayımlamağa başlayacaq. SİA xəbər verir ki, yayım şirkəti ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə əməkdaşlığa başlayıb. Bu barədə “Netflix”in “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib: “Netflix kosmosu daha da yaxınlaşdırmaq üçün NASA ilə əməkdaşlıq edir”. Şirkət aydınlaşdırıb ki, 2025-ci ilin yayından başlayaraq onlar Beynəlxalq Kosmik Stansiyadan raket buraxılışlarını, astronavtların kosmosda gəzintilərini, missiya hesabatlarını və Yerin nəfəs kəsən mənzərələrini canlı yayımlayacaqlar. Xatırladaq ki, iyunun 12-də “Bloomberg” agentliyi ABŞ prezidenti Donald Trampın NASA-nın onlarla proqramından və elmi missiyalarından qurtulmağı planlaşdırdığını bildirib. Nəşrin müəlliflərinin…
Daha çoxBu gündən sosial müavinətlər və təqaüdlər artırıldı
Bu gündən Azərbaycanda sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyevin 12 iyun 2025-ci il tarixdə imzaladığı “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib: – orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş…
Daha çoxUkrayna Rusiyanın dondurulmuş aktivlərini “xımır-xımır yeyir”..?
Kanada Kiyevə bu dəfə nə qədər ianə edib? …Ukrayna Fövqəladə Gəlir Sürətləndirilməsinin (Extraordinary Revenue Acceleration -ERA) təşəbbüsü çərçivəsində Kanadadan təxminən 1,7 milyard dollar alıb. Bunlar dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilən vəsaitlərdir. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal Telegram-da yazıb. …Tərəfdaşlarımızla birlikdə biz Rusiyanı onun törətdiyi cinayətlərin və dağıntıların əvəzini ödəməyə məcbur edirik. İlin əvvəlindən son tranşı nəzərə alsaq, Rusiya Federasiyasının immobilizasiya olunmuş aktivlərindən təxminən 17,6 milyard dollar əldə etmişik. Bunu Şmıqal yazıb. Baş nazir həmçinin Kanadaya…
Daha çoxRusiyalı qadın ərinin ölümünü yuxuda görüb…
…DXR sakini, xüsusi hərbi əməliyyat zonasında yoxa çıxan keçmiş ərinin ölümünü yuxuda görüb. SİA-nın məlumatına görə, cütlük bir neçə il əvvəl boşansa da, ünsiyyətləri davam etdiriblər. …İndi başa düşürəm ki, biz ailəni xilas edə bilərdik. Amma o zaman böhrandan sağ çıxmaq üçün ağlımız yox idi. Bunu ərinin ölümünü yuxuda görən Yulia deyib. 2023-cü ildə Vladimir Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və xüsusi hərbi əməliyyat zonasına yollanıb. O, hər fürsətdə zəng vuraraq, qayıdandan sonra münasibətləri yaxşılaşdıracağını, ailəni Krasnodara köçürəcəyini və orada yeni, xoşbəxt həyata başlayacağını vəd edib. …Dekabrda Vova sonuncu dəfə…
Daha çox