“Rusiyanın Azərbaycan dövlətinə qarşı bu cür addımlar atması yeni hal deyil”

“Son dövrlər, xüsusilə 27 iyun tarixində gecə saatlarında Yekaterinburqda Azərbaycan əsilli vətəndaşlara qarşı aparılan əməliyyat zamanı qanunsuzluqlar və vəhşiliklər müşahidə edilmişdir. Azərbaycan əsilli insanlara qarşı bu cür hüquq pozuntularının baş verməsi xalqımızda və dövlətimizdə haqlı narazılıq doğurur. Belə hallar Rusiyada hüquqsuzluğun və qanunsuzluğun mövcudluğundan xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, ümumiyyətlə, bu cür hallar Rusiya Federasiyasında hüquqa, insan azadlıqlarına və qanuna hörmətsiz yanaşmanın təzahürlərindən biridir: “Eyni zamanda, Rusiyanın Ukraynada başladığı və davam edən xüsusi əməliyyat da diqqət…

Daha çox

Türkiyədə 50 mindən çox insan təxliyə edilib, yenə meşə yanır…

Türkiyənin Hatay, Bilecik və İzmir vilayətlərində meşə yanğınları səbəbindən 50 mindən çox insan təxliyə olunub. Onlar müvəqqəti olaraq respublikanın təhlükəsiz ərazilərində yerləşdiriliblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə iyunun 30-da Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi (AFAD) fəlakət zonasında yaşayanların təcili ehtiyacları üçün 60 milyon lirə vəsait ayırıb. Meşə yanğınlarının söndürülməsində minlərlə insan iştirak edir, həmçinin təyyarə və helikopterlər cəlb olunub. Prokurorluq orqanları yanğınların başvermə səbəblərini araşdırmağa davam edir, saxlanılanlar var.

Daha çox

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Qohum evliliyini qadağan edən qanun bu gündən – iyulun 1-dən qüvvəyə minir. SİA bildirir ki, Prezident İlham Əliyev 23 iyun 2024-cü ildə Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.

Daha çox

“Öldürülən iki azərbaycanlının nəşləri yenidən ekspertiziya göndəriləcək”

“İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının – Ziyəddin və Hüseyn Səfərovun nəşləri yenidən ekspertiziya göndəriləcək”. SİA xəbət verir ki, bunu jurnalistlərə açıqlamasında onların qardaşları Seyfəddin Hüseynli bildirib. O, Rusiyadakı ekspertizanın nəticəsinə inanmadıqlarını deyib. S.Hüseynli qeyd edib ki, qardaşlarının Rusiya tərəfinin iddia etdiyi kimi həyəcandan ölmələri inandırıcı deyil.

Daha çox

Rusiya Yaponiyanın Kuril adalarına olan ümidlərini məhv edib..?

Çinin “Baijiahao” nəşri Yaponiyanın Rusiyaya qarşı ərazi iddialarına sərt reaksiyasını yazıb. Müəlliflərin fikrincə, Moskva Tokionun qeyri-dost siyasətinə dözmək niyyətində deyil. SİA-nın məlumatına görə, Yaponiya son illərdə adaların geri qaytarılmasında israr edərək dəfələrlə sanksiyalar tətbiq edib. Buna cavab olaraq Rusiya sülh müqaviləsi üzrə danışıqları dayandırıb. Bundan əlavə, vizasız rejim ləğv edilib və birgə iqtisadi layihələr dondurulub. Jurnalistlərin qeyd etdiyi kimi, prezident Vladimir Putin nəhayət ki, Yaponiyanı mümkün güzəştlərlə bağlı hər hansı illüziyalardan məhrum edib. Bu tədbirlər Kuril adalarının Rusiya Federasiyasının suveren ərazisi statusunun yenidən nəzərdən keçirilməyəcəyinə dair aydın siqnal olub. Əli…

Daha çox

Öldürülən azərbaycanlıların nəşləri Vətənə gətirilir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülən azərbaycanlıların nəşləri Vətənə gətirilir. SİA xəbər verir ki, iki azərbaycanlını ailə üzvləri və media nümayəndələri qarşılayacaq. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb,…

Daha çox

Artemi Lebedev ABŞ-ın “çatışmazlıqlarını” açıqlayıb..?

…Deməli rusiyalı dizayner və blogger Artemi Lebedev ABŞ küçələrində müşahidə kameralarının az olduğunu bəyan edib. SİA-nın məlumatına görə, VKontakte-də mövcud olan xəbər icmalında o, bu xüsusiyyəti niyə çatışmazlıq hesab etdiyini də izah edib. …ABŞ-da 280 min yumurta partiyasının oğurlanması ilə bağlı xəbəri şərh edən blogger CCTV kameralarının faydalarından danışıb. …Bu hekayə bir daha təsdiqləyir ki, hər işıq dirəyində videokamera olan bir ölkədə yaşamaq daha yaxşıdır, çünki o zaman siz dərhal bütün fırıldaqçıları yarım saat ərzində cəzalandıra bilərsiniz və onlar dələduz olmaq istəyini itirəcəklər. Nə gözəl, nə gözəl tapıntı… Bloqçu onu…

Daha çox

“Rusiya tərəfi bu vəhşiliyi etiraf etmək istəmir”

“Rusiya rejimi tərəfindən işgəncələr nəticəsində insanlar həyatlarını itiriblər”. SİA xəbər verir ki, bu sözləri Yekaterinburqda qətlə yetirilən iki azərbaycanlının qardaşları Seyfəddin Hüseynli jurnalistlərlə söhbətində bildirib. O bildirib ki, Rusiya tərəfi bu vəhşiliyi etiraf etmək istəmir: “Dövlətimizin çevik və qətiyyəti sayəsində böyük bir faciənin qarşısı alındı. Biz dəhşətli rejimlə üz-üzə dayanmışıq. Mən dövlət başçımız başda olmaqla, dövlət stukturlarımıza, diplomatik korpus və diasporumuza minnətdarlığımı çatdırmaq istəyirəm”. O, əlavə edib ki, bu gün Azərbaycanda hüquq-mühafizə orqanlarının “Sputnik Azərbaycan”ın binasında keçirdikləri əməliyyat da onun üçün təsəlli olub: “Dövlətimiz qətiyyətli mövqe ortaya qoydu. Rusiyanın KİV…

Daha çox

“Məsələnin həllini tapmağa çalışırıq…”

Kallas: Macarıstan Sülh Fondundan Ermənistan üçün vəsait ayrılmasını bloklayır Macarıstan Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsaitin ayrılmasını bloklayır. SİA xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsait ayrılmasına veto qoyulması ilə bağlı xəbərlərin həqiqət olub-olmadığı sualına cavablandıran Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası prezidentinin müavini Kaya Kallas bildirib. Qeyd edib ki, Avropa İttifaqı 27 suveren dövlətdən ibarətdir, hər bir ölkənin öz mövqeyi var və qərarlar konsensus əsasında qəbul olunur. “Məsələnin həllini tapmağa…

Daha çox

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib…

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 30-da davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…

Daha çox