Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi təyyarə ilə Vətənə gətirilib. SİA xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 20:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Onların nəşi yaxınlarına təhvil verilib. Nəşlər Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. “İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının –…

Daha çox

Rusiya əcnəbilər üçün ölkəyə giriş qaydalarını dəyişdi…

Dəyişikliklər iyunun 30-dan tətbiq olunmağa başlayıb. …Rusiya Federasiyası iyunun 30-dan əcnəbilərə şamil edilən giriş qaydalarına dəyişikliklər etməyə başlayıb. SİA-nın məlumatına görə, Toçka xəbər verir. Qeyd olunur ki, yeni şərtlər Rusiya sərhədindən keçən bütün keçid məntəqələrində tətbiq olunacaq. Bu, 2026-cı ilin yayın ortalarına qədər davam edəcək eksperimentin bir hissəsi kimi həyata keçirilir. Məlumdur ki, yeni giriş qaydaları Rusiya Federasiyasına vizasız səfər etməyi planlaşdıran əcnəbilərə şamil edilir. 30 iyun 2025-ci il tarixindən etibarən belə səyahətçilər Vahid İdentifikasiya və Autentifikasiya Sistemində qeydiyyat prosedurundan keçməli və ölkəyə planlaşdırılan girişdən…

Daha çox

Rusiya 15 Avropa mediasını bloklayacaq…

Avropa İttifaqının sanksiyalarına cavab olaraq… …Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi, iyunun 30-da bəyan edib ki, Rusiya hakimiyyəti 15 Avropa mediasının internet saytlarına girişi bloklayacaq. SİA-nın məlumatına görə, o, bu qərarın Avropa İttifaqının 16-cı sanksiya paketinə cavab olaraq qəbul edildiyini, o cümlədən Eurasia Daily, Lenta və Krasnaya Zvezda da daxil olmaqla səkkiz rus nəşri və kanalının daxil edildiyini izah edib. Moskva avropalıları “sanksiya spiralını fırlatmaqda” ittiham edib. Avropanın hansı media qurumlarının bloklanacağı dəqiqləşdirilməyib. …Əgər yerli nəşrlərə və informasiya kanallarına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, Rusiya tərəfi də Avropa…

Daha çox

“İran-İsrail regionda enerji resurslarına və enerji nəqliyyat yollarına yaxın ölkələrdir”

“Bildiyiniz kimi, İran və İsrail arasında baş vermiş son münaqişədən sonra tərəflər arasında atəşkəs əldə olunub. Lakin bu atəşkəsin davamlılığı bir sıra suallar doğurur. Beynəlxalq müşahidəçilər və regional ekspertlər bu razılaşmanı kifayət qədər kövrək hesab edirlər. Hər iki tərəfin siyasi ritorikasında və hərbi mövqelərində davam edən gərginlik, bu atəşkəsin istənilən an pozula biləcəyi ehtimalını artırır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, əgər münaqişə yenidən alovlanarsa, bu hadisə ilk növbədə Yaxın Şərq regionunda ciddi geosiyasi dəyişikliklərə gətirib çıxara bilər. İranın dəstəklədiyi qrupların və İsrailin müttəfiqlərinin bu…

Daha çox

Rusiya benzin ixracını tamamilə qadağan edə bilər…

Kremlin qəfil qərarının arxasında nə dayanır? …Rusiya hökuməti daxili bazarda qiymətlərin sürətlə artması fonunda benzinin ixracına tam qadağa qoymağı düşünür. Eyni zamanda, belə bir addım neft sənayesinə və bütövlükdə iqtisadiyyata ciddi təsir göstərə bilər. SİA Belarus saytlarına istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna Xarici Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb. Kəşfiyyat rəsmilərinin qeyd etdiyi kimi, yanacağın qiymətinin sürətlə artması fonunda Rusiya hökuməti benzin ixracına tam qadağa qoymağı düşünür ki, bu da həm energetika sektoru, həm də hökumətin səmərəsiz siyasətinin ağır yükünü artıq hiss edən…

Daha çox

“Cəmiyyətlər zorakılıqla deyil, dialoqla, qarşılıqlı anlaşma ilə inkişaf edə bilər”

“Son günlərdə Rusiyanın Yekaterinburq şəhərində baş verən və insan hüquqlarına, cəmiyyətin əmin-amanlığına ciddi şəkildə zidd olan hadisə ictimaiyyətin dərin narahatlığına səbəb olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova deyib. O bildirib ki, biz bu hadisəni qətiyyətlə pisləyir, zorakılığın və haqsızlığın hər növünə qarşı olduğumuzu bir daha bəyan edirik: “Hüququn, ədalətin və insan ləyaqətinin pozulduğu bu cür halların yaşanması nəinki Rusiyada, ümumiyyətlə, bütün dünyada sülhə, birliyə və sosial sabitliyə təhlükə yaradır. Xüsusilə də mülki əhaliyə qarşı yönəlmiş zorakı davranışlar və təzyiqlər heç bir halda qəbul edilə…

Daha çox