Rusiyada dörd hava limanı qapadıldı

Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb. SİA xəbər verir ki, bu barədə “Rosaviasiya”nın məlumatında bildirilib. Nijnekamsk, Saratov, Ulyanovsk və Kazan hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir. Bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.

Daha çox

Faktiki hava açıqlanıb

Azərbaycanda iyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 12, Şahdağda 7, Qusarda (Laza) 6, Göygöldə 3, Naftalan, Qrız, Daşkəsəndə 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, İsmayıllı, Oğuz, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Şahbuzda 1 mm-dir. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağ və Mingəçevirdə 20, Culfada 18, Naftalanda…

Daha çox

Tramp Suriyaya qarşı sanksiyaları ləğv etdi

ABŞ prezidenti Donald Tramp “ölkənin sabitlik və sülhə gedən yolunu dəstəkləmək üçün” Suriyaya qarşı sanksiyaları ləğv edən mühüm sərəncam imzalayıb. SİA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Sərəncam keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, “insan haqlarını pozanlara, narkotik tacirlərinə, kimyəvi silahlarla əlaqəli şəxslərə, İŞİD və ya onun törəmələrinə və İranın etibarlı nümayəndələrinə” qarşı sanksiyaların qüvvədə qalması ilə yanaşı, Suriyaya qarşı sanksiyaları ləğv edir. Sərəncam dövlət katibinə “Həyat Təhrir əş-Şam”ın (HTŞ) Xarici Terror Təşkilatı kimi tanınmasına yenidən baxmağı tapşırır. Sərəncam dövlət katibinə HTŞ və Əhməd əl-Şaraanın Xüsusi Təyin…

Daha çox

BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı İspaniyada öz işinə başlayıb

BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı (FFD4) iyulun 1-də İspaniyanın Sevilya şəhərində öz işinə başlayıb. SİA xəbər verir ki, hər 10 ildən bir keçirilən və 164 dövlətin və 49 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizi Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, İspaniya Krallığındakı səfir, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin məsul vəzifəli şəxsləri daxildir.…

Daha çox

Bu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı

Bu gündən etibarən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl rejim 1 iyul saat 06:00-dək qüvvədə idi.

Daha çox

Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakı şəhərinin Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. SİA bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Nəsimi rayonu, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə iyulun 1-nə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq. Qaz təchizatı dayandırılan müddətdə İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Daha çox

Luqansk ərazisi tamamilə işğal edildi

Ukraynanın Luqansk vilayətinin ərazisi Rusiya qüvvələri tərəfindən tamamilə işğal edilib. SİA xəbər verir ki, bu barədə “lpr” rəhbəri Leonid Paseçnik məlumat verib. “İki gün əvvəl “Luqansk Xalq Respublikası”nın ərazisinin tamamilə “azad edildiyi” barədə xəbər gəldi”, – Paseçnik qeyd edib.

Daha çox