Sevilyada keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı (FFD4) çərçivəsində COP29-un sədri, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və İspaniyanın Ekoloji keçid və Demoqrafik problemlər üzrə naziri xanım Sara Aagesen Muñoz arasında ikitərəfli görüş keçirilib. SİA COP29 Əməliyyat şirkətinin yaydığı məlumata istinadla xəbər verir ki, görüşdə tərəflər bir-birini dəstəkləmək üçün iqlim fəaliyyəti və inkişafı imkanlarını, eləcə də İqlim maliyyəsi üzrə irəliləyiş fəaliyyətinə təkan verməkdə COP29-un rolunu müzakirə etdilər.
Daha çoxDay: July 1, 2025
“Rusiya hakimiyyət orqanları baş vermiş hadisəyə aydınlıq gətirməlidirlər”
“Rusiyanın Yekaterinburq şəhərində yaşayan soydaşlarımız – Səfərovlar ailəsi ilə bağlı baş verən hadisələr hər bir azərbaycanlını ciddi şəkildə narahat edir. Hüquq-mühafizə orqanlarının onlara qarşı sərgilədiyi münasibət nə hüquqi baxımdan, nə də Rusiya-Azərbaycan münasibətlərinin mahiyyəti və xarakteri baxımından qəbuledilən deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti və dövləti bu məsələyə son dərəcə prinsipial və düzgün münasibət nümayiş etdirmişdir: “Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının Azərbaycan adında bir vətəni var. Azərbaycan dövləti bütün vətəndaşlarına və soydaşlarına daim…
Daha çoxUkraynanın qələbəsi arzu deyil, strateji fürsətdir…
Sülh uzaqda ola bilər, amma strateji qələbə realdır… …Donald Trampın 2025-ci ilin yanvarında ABŞ prezidenti kimi fəaliyyətə başlamasından sonra Ukraynadakı müharibənin tez həll olunacağına dair gözləntilər özünü doğrultmayıb. Nə Ukrayna, nə də Rusiya güzəştə getməyə hazır deyil: Kiyev suverenliyini qurban verməkdən boyun qaçırır, Moskva kapitulyasiya tələb edir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Foreign Affairs yazır. Buna baxmayaraq, Ukrayna Qərbdən qəti dəstək aldıqda, qələbə şansını saxlayır. “Hörümçək toru” əməliyyatı və 2022-ci ilin uğurlu müdafiəsi kimi Kiyevin hərbi uğurları nümayiş etdirir ki, Ukrayna ordusu məhdud…
Daha çoxAzərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında sənədlər imzalanıb
Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” (“Yol xəritəsi”) imzalanıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, imzalanma mərasimi Özbəkistanın Xivə şəhərində keçirilən Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu çərçivəsində baş tutub. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar. Qeyd olunub ki, bu sənəd iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin həyata keçiriləcək praktiki tədbirlər sayəsində daha da genişləndirilməsinə xidmət edir. Mərasimdə tərəflər, həmçinin Azərbaycan Milli Məclisi…
Daha çox“Qohum evliliyinin qadağa olunması çox vacib və məqsədəuyğun bir addımdır”
“Ölkəmizdə yeni bir qanun qüvvəyə minir. Bu, bir il əvvəl – Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilən və qohumlar arasında nikahların qadağan edilməsinə dair qanunun tətbiqi ilə bağlıdır. Qanunun qüvvəyə minməsi üçün bir illik keçid müddəti müəyyən olunmuşdu. Bu da düşünürük ki, çox vacib və məqsədəuyğun bir addım idi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. Onun sözlərinə görə, çünki həmin dövrə qədər artıq nişanlı olan, ailə qurmağa hazırlaşan bəzi cütlüklərə bu bir il ərzində nikahlarını rəsmiləşdirmək imkanı tanındı: “Bir daha xatırladırıq ki, məlum olduğu kimi, sabahdan…
Daha çoxYay mövsümündə insanlar ən çox hansı qidalara üstünlük verməlidir?
“Yay aylarında isti hava şəraiti ilə əlaqədar orqanizmimizdə bir sıra fizioloji dəyişikliklər baş verir. Tərləmə artdığı üçün su və mineral itkisinin çoxalmasına gətirib çıxarır. Bu səbəbdən yay mövsümündə həm sağlam qalmaq, həm də orqanizmin enerji balansını qorumaq üçün qidalanmağımıza diqqət yetirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, ilk olaraq su balansını qorumaq çox vacibdir. Tərləmə yolu ilə çoxlu miqdarda su itiririk. Bu səbəbdən gündəlik ən azı hər kq çəkiyə 0.3 ml su içmək tövsiyə olunur. Su ilə yanaşı təbii meyvə suları, ayran, mineral…
Daha çoxBir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: ağır cinayətlər məhkəmələri üzrə: Bakı Ağır Cinayətlər Məhkəməsi Əsgərova-Məmmədova Leyla Səyavuş qızı Məmmədzadə Səbinə Adil qızı Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hüseynov Nahid Nəsir oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Rzayeva Aynur Tapdıq qızı inzibati məhkəmələr üzrə: Bakı İnzibati Məhkəməsi Almazova Aysev Mehman qızı Məlikov Tural Rauf oğlu Şəki İnzibati Məhkəməsi Hacızadə Fəxri Hümmət oğlu Şirvan İnzibati Məhkəməsi Hüseynova Amilya Aqil qızı Nəcəfov Hilal…
Daha çox“Günəşdən alınan enerjilər yay aylarında daha səmərəli olur”
“Qızmar yay günlərində Günəşdən iki əsas enerji növü – istilik enerjisi və elektrik enerjisi əldə edilir. Günəşdən alınan istilik enerjisi əsasən məişətdə, xüsusilə suyun qızdırılması və qızdırıcı sistemlərdə istifadə olunur. Eyni zamanda bu enerji növü otellər, restoranlar və digər kommersiya obyektlərinin isitmə sistemlərində də tətbiq oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri Ramiz Kəlbiyev deyib. Onun sözlərinə görə, elektrik enerjisi isə günəş panelləri (fotovoltaik sistemlər) vasitəsilə əldə edilir: “Günəşdən alınan elektrik enerjisi iki formada istifadə edilə bilər: şəbəkəyə qoşulu sistemlər…
Daha çoxAzərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
Azərbaycanla Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb. Qeyd edək ki, saziş bu ilin martın 12-də Bakı şəhərində imzalanıb.
Daha çoxAvstraliyada qasırğa olub
Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub. SİA xəbər verir ki, Sidney hava limanında 20-dən çox reys ləğv edilib. Əlverişsiz hava şəraiti Avstraliyanın ən böyük şəhərinin ictimai nəqliyyat sisteminə də təsir edib. Sidneyin bəzi məşhur turizm bölgələri arasında müntəzəm reyslər, o cümlədən bərələrin hərəkəti dayandırılıb. Leysan yağışlar səbəbindən magistral yollar su altında qalıb, dəmir yolu nəqliyyatının fəaliyyəti pozulub. Güclü külək elektrik naqillərini qırıb, 21 min ev işıqsız qalıb. Sahilyanı bölgələrdə yaşayan sakinlərə evlərindən çıxmamaq tövsiyə olunub. Qeyd edək ki, qasırğaya Avstraliya və Yeni Zelandiya arasındakı Tasman…
Daha çox