…DXR sakini, xüsusi hərbi əməliyyat zonasında yoxa çıxan keçmiş ərinin ölümünü yuxuda görüb.
SİA-nın məlumatına görə, cütlük bir neçə il əvvəl boşansa da, ünsiyyətləri davam etdiriblər.
…İndi başa düşürəm ki, biz ailəni xilas edə bilərdik. Amma o zaman böhrandan sağ çıxmaq üçün ağlımız yox idi.
Bunu ərinin ölümünü yuxuda görən Yulia deyib.
2023-cü ildə Vladimir Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və xüsusi hərbi əməliyyat zonasına yollanıb.
O, hər fürsətdə zəng vuraraq, qayıdandan sonra münasibətləri yaxşılaşdıracağını, ailəni Krasnodara köçürəcəyini və orada yeni, xoşbəxt həyata başlayacağını vəd edib.
…Dekabrda Vova sonuncu dəfə zəng etdi. Onun məni sevdiyini eşitməyə müvəffəq oldum. Və yanvarın əvvəlində onu yuxuda gördüm. O, ağappaq yanıma gəldi və dedi ki, “…bağışlayın, indi mütləq qızımız olmayacaq”.
Yanvarın 8-də Yuliya Vladimirin itkin düşdüyü barədə məlumat alıb.
Martın sonunda əsgərin döyüş tapşırığını yerinə yetirərkən həlak olduğu məlum olub.
Aprel ayında dəfn edilib.
Əli Babayev