İslam Respublikası tərəfindən dəstəklənən husilər tərəfindən Yəməndən atılan ballistik raket İsrail Müdafiə Qüvvələrinin “Khets/Arrow” hava hücumundan müdafiə sistemi tərəfindən atmosferdən kənarda vurulub. SİA xəbər verir ki, bu uğurlu müdafiə İsrail səmasından başqa Suriyanın paytaxtı Dəməşq səmasında da müşahidə edilib.
Daha çoxDay: July 2, 2025
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Daha çox“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”
ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib. SİA xəbər verir ki, Amerika lideri bunu “Truth” hesabında yazıb. “Mənim nümayəndələrim Qəzza ilə bağlı İsrail tərəfi ilə uzun və məhsuldar görüş keçiriblər. İsrail 60 günlük atəşkəs üçün müvafiq şərtlərə razılıq verib. Bu müddət ərzində biz münaqişəni dayandırmaq üçün bütün tərəflərlə işləyəcəyik. Ümid edirəm ki, Yaxın Şərqin rifahı üçün HƏMAS bu təklifləri qəbul edəcək. Əks təqdirdə daha da pis olacaq”, – Tramp bildirib. Onun sözlərinə görə, Misir və Qətər münaqişənin həlli üçün yekun təklif verəcəklər.
Daha çoxKülək, yağış, şimşək… – Bu günün HAVASI
Külək, yağış, şimşək… – Bu günün HAVASI
Daha çoxPentaqondan Ukraynaya böyük şok
Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb. SİA xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb. “Müdafiə Nazirliyinin sursat ehtiyatlarına yenidən baxıldıqdan sonra, zenit raketləri, artilleriya mərmiləri və yüksək dəqiqlikli silahların ümumi sayının azalması ilə bağlı narahatlıqlar yaranıb. Bu qərar Pentaqonun siyasi şöbəsinin rəhbəri Elbric Kolbinin təşəbbüsü ilə qəbul edilib”, – deyə materialda bildirilib. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Bayden administrasiyası dövründə vəd edilmiş yardımın bir hissəsinin dayandırılması ilə bağlı ilkin qərar hələ iyunun əvvəlində qəbul edilib. Lakin qərar yalnız indi –…
Daha çoxLatviya Ukraynaya zirehli transportyorlar göndərir
Ukrayna Latviyadan 42 “Patria” zirehli transportyoru alacaq. Latviya hökuməti müvafiq tədarükü təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, Ukrayna “Patria” zirehli transportyorlarından başqa Latviyadan digər hərbi texnikalar da alacaq.
Daha çoxTürkiyə Prezidenti Ankarada Tatarıstan lideri ilə görüş keçirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 1-də Ankarada Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovla görüşüb. SİA-nın məlumatına görə, görüş Türkiyənin Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında mətbuat üçün qapalı rejimdə keçirilib. Bundan əvvəl çərşənbə axşamı günü Tatarıstan rəhbəri Türkiyənin Ticarət Nazirliyində olub və burada iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edib.
Daha çoxABŞ İsraillə anlaşdı
“Bu gün mənim nümayəndələrim İsrail tərəfi ilə Qəzza məsələsi ətrafında uzun və məhsuldar görüş keçirib. İsrail Qəzzada 60 günlük atəşkəsə imkan verəcək şərtlərlə razılaşıb”. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”dakı hesabında yazıb. “Bu müddət ərzində isə biz bu müharibəyə son qoymaq üçün bütün tərəflərlə işləyəcəyik. Qətərlilər və misirlilər sülhün əldə olunması üçün çox işləyib və onlara son təklilər təqdim olunacaq. Ümid edirəm ki, Yaxın Şərqin rifahı üçün HƏMAS bu təklifləri qəbul edəcək. Əks təqdirdə DAHA DA PİS OLACAQ. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!”, –…
Daha çoxAlman maliyyə bankı 2026-cı ildə kriptoaktivlərin saxlanması xidmətini işə salacaq
Almaniyanın “Deutsche Bank” maliyyə nəhəngi 2026-cı ildə özünün kriptoaktivlərin saxlanması xidmətini istifadəyə verməyi planlaşdırır. SİA “Bloomberg”ə istinadla xəbər verir ki, bu təşəbbüsün həyata keçirilməsində “Bitpanda” kriptobirjasının texnoloji bölməsi olan “Bitpanda Technology Solutions” şirkəti iştirak edir. Bundan əlavə bank rəqəmsal aktivlərlə işləmək üçün həllər təqdim edən İsveçrənin “Taurus SA” provayderi ilə əməkdaşlığı davam etdirəcək. “Bloomberg”in məlumatına görə, “Deutsche Bank” rəqəmsal aktivlərin saxlanmasına marağını hələ 2022-ci ildə bəyan edib. Həmin vaxtdan bəri bank kriptovalyutaların öz maliyyə xidmətlərinə inteqrasiyası imkanlarını fəal şəkildə araşdırır. Bundan başqa, bank tokenləşdirilmiş depozitlərin tətbiqi ssenarilərini, həmçinin stabilkoinlərin istifadəsini,…
Daha çoxLivanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb
Livana göndərilməsi planlaşdırılan 5 milyondan çox amfetamin tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb. SİA “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, narkotik vasitə bir konteynerdə şüşə və çini qabların içərisində adı gizli saxlanan bir ölkədən Livana aparılırmış. Qeyd olunur ki, əməliyyat narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətini öncədən izləmək məqsədilə aparılan təhlükəsizlik tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanının Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə Livan Respublikasının Gömrükdə Narkotiklərlə Mübarizə Şöbəsi arasında əməkdaşlıq nəticəsində baş tutub.
Daha çox