DİQQƏT: Sabahdan hava pisləşir?


“İyulun 3-ü və 4-ü tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib.

Onun sözlərinə görə, ara-sıra şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur: “Gün ərzində havanın maksimal temperaturunun 26–29 dərəcə isti olacağı proqnozlaşdırılır. Bölgələrdə isə hava şəraiti daha dəyişkən olacaq. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli, lakin leysan xarakterli olacağı, hətta dolu düşəcəyi ehtimalı da var. Qərb küləyi bəzi bölgələrdə güclənəcək. Aran rayonlarında havanın maksimal temperaturunun 28–33 dərəcə, dağlıq ərazilərdə isə 15–20 dərəcə isti olacağı gözlənilir”.

Müəllif: Günel Rəşadqızı

Əlaqəli Xəbərlər