ECO-nun Qadınlar Forumunda mühüm məsələlərə toxunulub


Bugünkü forum çərçivəsində bir çox mühüm məsələlərə toxunuldu, o cümlədən iqlim dəyişmələri ilə mübarizədə qadınların rolu, qadınların sahibkarlıq fəaliyyəti üçün şəraitin yaxşılaşdırılması, eləcə də onların iqtisadi inkişaf və BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyi tərəfindən irəli sürülən davamlı inkişafda rolunun artırılması kimi mövzular müzakirə olunub.

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) eksperti Tatyana Çernyavskaya Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunda deyib.

Onun sözlərinə görə, forumda ECO-nun hansı siyasi və iqtisadi alətləri bölüşə biləcəyi və təşkilatının qadınları istehsal proseslərinə cəlb etməklə iqtisadi artımı stimullaşdırmaq üçün gələcək planları barədə məlumat almaq olduqca zəruri idi.

Əlaqəli Xəbərlər