Livana göndərilməsi planlaşdırılan 5 milyondan çox amfetamin tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb. SİA “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, narkotik vasitə bir konteynerdə şüşə və çini qabların içərisində adı gizli saxlanan bir ölkədən Livana aparılırmış.
Qeyd olunur ki, əməliyyat narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətini öncədən izləmək məqsədilə aparılan təhlükəsizlik tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanının Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə Livan Respublikasının Gömrükdə Narkotiklərlə Mübarizə Şöbəsi arasında əməkdaşlıq nəticəsində baş tutub.