Ukrayna Latviyadan 42 “Patria” zirehli transportyoru alacaq. Latviya hökuməti müvafiq tədarükü təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, Ukrayna “Patria” zirehli transportyorlarından başqa Latviyadan digər hərbi texnikalar da alacaq.
Daha çoxDay: July 2, 2025
Türkiyə Prezidenti Ankarada Tatarıstan lideri ilə görüş keçirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 1-də Ankarada Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovla görüşüb. SİA-nın məlumatına görə, görüş Türkiyənin Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında mətbuat üçün qapalı rejimdə keçirilib. Bundan əvvəl çərşənbə axşamı günü Tatarıstan rəhbəri Türkiyənin Ticarət Nazirliyində olub və burada iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edib.
Daha çoxABŞ İsraillə anlaşdı
“Bu gün mənim nümayəndələrim İsrail tərəfi ilə Qəzza məsələsi ətrafında uzun və məhsuldar görüş keçirib. İsrail Qəzzada 60 günlük atəşkəsə imkan verəcək şərtlərlə razılaşıb”. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”dakı hesabında yazıb. “Bu müddət ərzində isə biz bu müharibəyə son qoymaq üçün bütün tərəflərlə işləyəcəyik. Qətərlilər və misirlilər sülhün əldə olunması üçün çox işləyib və onlara son təklilər təqdim olunacaq. Ümid edirəm ki, Yaxın Şərqin rifahı üçün HƏMAS bu təklifləri qəbul edəcək. Əks təqdirdə DAHA DA PİS OLACAQ. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!”, –…
Daha çoxAlman maliyyə bankı 2026-cı ildə kriptoaktivlərin saxlanması xidmətini işə salacaq
Almaniyanın “Deutsche Bank” maliyyə nəhəngi 2026-cı ildə özünün kriptoaktivlərin saxlanması xidmətini istifadəyə verməyi planlaşdırır. SİA “Bloomberg”ə istinadla xəbər verir ki, bu təşəbbüsün həyata keçirilməsində “Bitpanda” kriptobirjasının texnoloji bölməsi olan “Bitpanda Technology Solutions” şirkəti iştirak edir. Bundan əlavə bank rəqəmsal aktivlərlə işləmək üçün həllər təqdim edən İsveçrənin “Taurus SA” provayderi ilə əməkdaşlığı davam etdirəcək. “Bloomberg”in məlumatına görə, “Deutsche Bank” rəqəmsal aktivlərin saxlanmasına marağını hələ 2022-ci ildə bəyan edib. Həmin vaxtdan bəri bank kriptovalyutaların öz maliyyə xidmətlərinə inteqrasiyası imkanlarını fəal şəkildə araşdırır. Bundan başqa, bank tokenləşdirilmiş depozitlərin tətbiqi ssenarilərini, həmçinin stabilkoinlərin istifadəsini,…
Daha çoxLivanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb
Livana göndərilməsi planlaşdırılan 5 milyondan çox amfetamin tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb. SİA “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, narkotik vasitə bir konteynerdə şüşə və çini qabların içərisində adı gizli saxlanan bir ölkədən Livana aparılırmış. Qeyd olunur ki, əməliyyat narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətini öncədən izləmək məqsədilə aparılan təhlükəsizlik tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanının Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə Livan Respublikasının Gömrükdə Narkotiklərlə Mübarizə Şöbəsi arasında əməkdaşlıq nəticəsində baş tutub.
Daha çoxAlmaniyanın “Rheinmetall” şirkəti F-35 təyyarələrinin gövdə hissələrini istehsal edəcək
Almaniyanın “Rheinmetall” müdafiə sənayesi konserni ABŞ-ın F-35 tipli döyüş təyyarələrinin əsas gövdə hissələrinin istehsalı üçün yeni zavod inşa edib. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, dünyanın ən müasir hərbi təyyarəsi hesab edilən F-35-lərin gövdə hissələrinin istehsalına yaxın günlərdə başlanacaq. Zavodun inşasına 200 milyon avro vəsait ayrılıb. Yeni müəssisədə hər il təxminən 30 ədəd orta gövdə hissənin istehsalı nəzərdə tutulur. Gələcəkdə əlavə iş növbələri hesabına bu sayın artırılması da mümkündür. İstehsal olunan hissələr ABŞ-ın “Northrop Grumman” şirkətinə göndəriləcək. İlk gövdə hissəsinin 2026-cı ilin payızında ABŞ-a göndərilməsi və orada digər komponentlərlə…
Daha çoxPutinlə Makron 3 ildən sonra telefonla danışdı
Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı baş tutub. SİA xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb. Qeyd edilib ki, telefon danışığı zamanı Ukraynadakı vəziyyətə də toxunulub. Putin bildirib ki, Ukrayna münaqişəsi birbaşa Qərb dövlətlərinin siyasətinin nəticəsidir. Münaqişənin sülh yolu ilə nizamlanma perspektivləri də müzakirə edilib. Putin və Makron İran və İsrail arasında münaqişə və ABŞ-ın İran hədəflərinə zərbələri kontekstində Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər. BFMTV-nin məlumatına görə, Yelisey sarayının telefon danışığına dair yaydığı məlumatda isə bildirilir ki, liderlər iki saatdan çox danışıblar. O da…
Daha çoxPaytaxtın bu ərazisində işıq olmayacaq
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2-də elektrik xətləri sifarişə əsasən açılacaq. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Biləcəri qəsəbəsinin bir sıra ərazilərində yerləşən bəzi yaşayış və sahibkarlıq obyektlərində, eləcə də yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çoxBu gün Azərbaycanda Polis günüdür
Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. SİA xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə…
Daha çoxBelarus universitetlərində ruslara büdcə yerləri ayrılacaq…
Rusiya vətəndaşları üçün minə yaxın yer ayrılacaq… …Bu il Belarus universitetləri Vahid Dövlət İmtahanından uğurla keçən rusiyalı abituriyentlər üçün minə yaxın büdcə yeri ayırmağı planlaşdırır. SİA Belarus saytlarına istinadən xəbər verir ki, bu barədə BELTA təhsil naziri Andrey İvanetsin sözlərinə istinadən məlumat yayıb. Nazirin qeyd etdiyi kimi, “ittifaq dövləti”nin əməkdaşlığının üç əsas istiqaməti müzakirə olunub. Birincisi, 2026/2027-ci tədris ilindən birgə təhsil proqramlarına başlanılması: bu təşəbbüs iki ölkənin aparıcı universitetləri – BDU, BNTU, BSUİR və Rusiyanın Bauman adına Moskva Dövlət Texniki Universiteti tərəfindən həyata keçiriləcək. İkinci…
Daha çox