Milli Məclisin deputatı ATƏT PA-nın Komitə sədri seçilib

Bu gün Portuqaliyanın Porto şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (ATƏT PA) 32-ci İllik Sessiyası çərçivəsində Baş Komitələr üzrə iclaslar başa çatıb. SİA xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyevin sədri olduğu İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin “Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunması: ATƏT məkanında yeni reallıqlara cavab” adlı qətnaməsi müvafiq düzəlişlə qəbul olunub. Üç gün davam edən komitə iclaslarında, həmçinin müxtəlif məsələlər üzrə 6 əlavə qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib. İyulun 2-də İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş…

Daha çox

Zaxarova Rusiyanın Ermənistanla bağlı maraqlarını qeyd edib…

Rusiya qardaş Ermənistanın sabitliyində səmimi maraqlıdır və onu inkişaf edən, çiçəklənən ölkə kimi görmək istərdi. SİA-nın məlumatına görə, Lenta.ru-nun müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. …Rusiya səmimi şəkildə qardaş Ermənistanın sabitliyində maraqlıdır. Təkcə ona görə deyil ki, bunlar yüksək ideallardır və bu, ilk növbədə doğrudur, həm də ona görə ki, faydalıdır, – o vurğulayıb. Diplomatın sözlərinə görə, Moskva Ermənistanı sabit, firavan və inkişaf edən dövlət kimi görmək istərdi. Onun sözlərinə görə, Moskva respublikada konstitusiya əsasında qanunun aliliyinin qorunmasının tərəfdarıdır. Bundan əvvəl…

Daha çox

Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik

Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik. SİA xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Fəxri doktor diplomunun təqdimat mərasimində deyib. O, sözügedən mərasimdə iştirak etməkdən qürur duyduğunu söyləyib: “Məni bu yüksək şərəfə layiq gördüyünüz üçün təşəkkür edirəm. Bu, mənim üçün tarixi bir andır”.

Daha çox

Zelenski mitropolit Onufrini Ukrayna vətəndaşlığından məhrum edib

Onufriy Rusiya Federasiyasının vətəndaşıdır. …Ukrayna prezidenti Vladimir Zelenski Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin mitropoliti Onufrinin (Orest Berezovski) Ukrayna vətəndaşlığına xitam verilməsi haqqında fərman imzalayıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə çərşənbə günü, iyulun 2-də Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Ukrayna Təhlükəsizlik Xidməti Onufrinin 2002-ci ildə könüllü olaraq Rusiya vətəndaşlığını aldığını müəyyən edib, lakin bu barədə Ukraynanın müvafiq dövlət qurumlarına məlumat verməyib. Eyni zamanda o, Ukrayna vətəndaşının hüquqlarından istifadə etməyə davam edib. Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, metropoliten Moskva Patriarxlığı ilə əlaqələr saxlayır…

Daha çox

Pirallahı rayonunda 2 iyul – Azərbaycan Polisi Günü qeyd edildi

2 iyul 2025-ci il tarixində Pirallahı rayon Polis İdarəsinin inzibati binasında “Azərbaycan Polisi Günü” münasibətilə tədbir keçirilmişdir. SİA xəbər verirki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları və Rayon Polis İdarəsinin kollektivi iştirak etdilər. Tədbir Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır. Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov polis əməkdaşlarını 2 iyul – Azərbaycan…

Daha çox

“Yaşlı əhali arasında əmək bazarına inteqrasiya səviyyəsi kifayət qədər aşağıdır”

“2017-ci ildə əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliyin tələbinə əsasən, hər il 6 ay olmaqla pensiya yaşı mərhələli şəkildə artırılır. Yəni bu proses texniki və hüquqi baxımdan müvəqqəti tədbir və ya ayrıca qəbul edilmiş qərar deyil, mövcud qanunun tələbi kimi həyata keçirilir və hər ilin əvvəlindən qüvvəyə minir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycanda ümumilikdə pensiya yaşının artırılmasının arzuolunan bir hal olmaması ilə bağlıdır: “Belə ki, orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərq — yəni gözlənilən pensiya dövrü — dünya…

Daha çox

DİQQƏT: Sabahdan hava pisləşir?

“İyulun 3-ü və 4-ü tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib. Onun sözlərinə görə, ara-sıra şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur: “Gün ərzində havanın maksimal temperaturunun 26–29 dərəcə isti olacağı proqnozlaşdırılır. Bölgələrdə isə hava şəraiti daha dəyişkən olacaq. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli, lakin leysan xarakterli olacağı, hətta dolu düşəcəyi ehtimalı da var. Qərb küləyi bəzi bölgələrdə güclənəcək. Aran rayonlarında havanın…

Daha çox