İnsanların ağ və qara rəngli maşınlara üstünlük verməsi nədən qaynaqlanır?

“Hazırkı dövrdə Azərbaycanda istismarda olan nəqliyyat vasitələrinin əksəriyyəti əsasən ağ rəngdə və digər açıq monoetik çalarlarda təqdim olunur. Bu tendensiyanın əsas səbəblərindən biri kimi ağ rəngin yüksək albedoya malik olması, yəni günəş şüalarını daha effektiv əks etdirmə xüsusiyyəti göstərilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, Azərbaycan coğrafi mövqeyinə görə günəşli iqlimə malik ölkələr sırasındadır və bu faktor avtomobil rənglərinin seçimində mühüm texniki parametr kimi nəzərə alınır: “Avtomobil rəngi yalnız texniki göstərici olmaqla məhdudlaşmır; o, həmçinin estetik və psixoloji aspektlər baxımından da…

Daha çox

Laçında “İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu” mövzusunda panel sessiya keçirilib

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu çərçivəsində “İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu” mövzusunda panel sessiya təşkil edilib. SİA xəbər verir ki, sessiya BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilib. Panel sessiyada çıxış edən Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigün ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə strategiyası hazırladığını və onun COP29-da təqdim olunduğunu diqqətə çatdırıb. “Biz yaşıl enerji sahəsində qadınların təmsilçiliyini artırırıq. Həmin təşəbbüs Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilir”, – deyə o bildirib. Qazaxıstanın parlament üzvü, Qadın və Ailə Demoqrafik…

Daha çox

Polis Akademiyasında “Polis Günü”nə həsr olunan mərasim keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Polis Günü”nə və 2024-2025-ci tədris ilininin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. SİA xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, tədbirdə ümummilli lideri Heydər Əliyevin, habelə respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi yad olunub. Sonra peşə bayramı münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 107 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli…

Daha çox

Türkiyədə zəlzələ olub

Türkiyənin Mərmərə bölgəsində yerli vaxtla saat 13:57-də 4,3 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur. İstanbul başda olmaqla bir çox bölgədə hiss edilən zəlzələnin ocağının yerin 12,91 kilometr dərinliyində olduğu bildirilir. Yeraltı təkanlarla bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya AFAD və ölkənin digər əlaqədar qurumlarının bütün heyətlərinin dərhal sahə araşdırmasına başladıqlarını bildirib. Qeyd edək ki, son bir neçə gün ərzində mərkəzi Bursa olmaqla Türkiyədə bir neçə yeraltı təkan baş verib.

Daha çox

Muxtar Babayev və ÜST rəhbəri iqlim gündəliyində səhiyyənin rolunu müzakirə ediblər

COP29-un prezidenti Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ilə iqlim gündəliyində səhiyyənin rolunu müzakirə edib. SİA-nın məlumatına görə, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib. “Tərəflər milli iqlim planlarının növbəti mərhələsinin həm dekarbonizasiya və davamlı inkişafa necə töhfə verə biləcəyini, həm də səhiyyə tədbirlərinin bu sənədlərə inteqrasiyasını müzakirə ediblər”, – məlumatda qeyd olunub.

Daha çox

Türkiyədə səhərə dad qatan ənənə: Türk səhər yeməyi

Türkiyəyə səfər edən hər bir qonağın dadmalı olduğu ənənəvi təcrübələrdən biri türk səhər yeməyidir. Zəngin və çeşidli süfrəsi ilə seçilən bu mətbəx mirası, sadəcə bir qida qəbulu deyil, mədəniyyətin, qonaqpərvərliyin və birlikdə paylaşma dəyərlərinin təcəssümüdür. SİA xəbər verir ki, Türk səhər yeməyi süfrəsində bir-birindən fərqli pendir növləri, yaşıl və qara zeytunlar, ev şəraitində hazırlanan xəmir məmulatları, təzə tərəvəzlər – xüsusilə pomidor və xiyar, müxtəlif üsullarla hazırlanmış yumurta növləri, qurudulmuş ətlər, isti və təzə çörək, mövsümi mürəbbələr, təbii bal və qaymaq təqdim olunur. Bu zəngin çeşidə, süfrənin ayrılmaz hissəsi olan və…

Daha çox

İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək

İyul ayının birinci ongünlüyünün sonlarınadək ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Məlumatda qeyd olunub ki, bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasından 2 dərəcə, iyun ayında 1 dərəcə yuxarı olub. İyul ayının birinci ongünlüyündə isə temperaturun normaya yaxın olacağı proqnozlaşdırılır. İyul ayının birinci ongünlüyündə havanın maksimal temperaturunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 3-8 dərəcə…

Daha çox