Ədliyyə naziri Fərid Əhmədov iyulun 18-də Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin müraciətlərini dinləyəcək. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı iyulun 17-dək Xaçmaz regional ədliyyə idarəsinə (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17, əlaqə telefonu: (+9942332) 5-18-88) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin (+994) 012-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər. Həmçinin nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.…
Daha çoxDay: July 2, 2025
Şuşada 6-cı ECO biznes-forumu keçirilir
Bu gün Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı ECO biznes-forumu keçirilir. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “ECO Həftəsi” çərçivəsində təşkil edilir. Forumun keçirilməsində məqsəd ECO regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir. Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq.…
Daha çoxÖzbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycana dövlət səfərinə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.
Daha çoxXarici serial və mədəniyyət məhsulları gənclərin milli kimliyini zəiflədir?
“Cəmiyyətlərin milli və dini kimliyinə təsir edən bir çox daxili və xarici amillər mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, bu amillərdən biri də xarici ölkələrdən kütləvi şəkildə idxal olunan televiziya serialları, filmlər və cizgi filmləridir. Bu audiovizual məhsullar xüsusilə gənc nəslin psixologiyasına və əxlaqi baxışlarına birbaşa təsir göstərməkdədir. Tarixə nəzər salsaq, bu tendensiyanın 40-50 il öncə Hindistan filmləri ilə başlandığını, sonralar Meksika serialları ilə davam etdiyini, bu gün isə əsasən Türkiyə serialları vasitəsilə geniş miqyasda yayıldığını müşahidə edirik. Bu…
Daha çoxŞimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfərə gəlib. SİA-nın məlumatına görə, qonağı Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıblar. Onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub. Eyni zamanda E.Tatarın səfər çərçivəsində bir sıra tədbirlərə qatılacağı gözlənilir. Bundan başqa, Şimali Kipr Prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.
Daha çox“Gənclərimiz diplom almaq üçün yox,..”
“İllərdir biz, Azərbaycan təhsil sisteminin – xüsusilə də orta məktəbdən sonrakı mərhələlərdə, yəni peşə məktəbləri, müxtəlif sənətlərlə bağlı ixtisaslaşmış təhsil ocaqları və ali məktəblərdə – müasir dövrün tələblərinə cavab vermədiyini, cəmiyyətin və dünyanın sürətli inkişafı ilə ayaqlaşmadığını bildirirdik. Təəssüf ki, bu sahədəki boşluqlar gənclərin təhsildən və əmək bazarından düzgün şəkildə bəhrələnməsinə əngəl olur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, son illərdə isə bu problemlərə əlavə olaraq robotlaşma, avtomatlaşma, süni intellektin geniş tətbiqi, informasiya texnologiyalarının və iqtisadi modelin sürətlə dəyişməsi, kənd təsərrüfatı da daxil olmaqla…
Daha çoxDİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar. Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı Fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün, 2 iyul –…
Daha çoxSabah hava küləkli olacaq
Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə…
Daha çox“Üfüq” müsabiqəsinin qaliblərinin adları açıqlanıb
Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri müəyyənləşib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, iyunun 22-də keçirilən müsabiqənin finalında iştirak edən 191 namizəddən ən yüksək bal toplayan 30 nəfər qalib adını qazanıb. Müsabiqənin şərtlərinə əsasən, 25 qalibin seçilməsi planlaşdırılsa da, 5 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komissiyası həmin iştirakçıların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib. Qaliblərdən 17-si kişi, 13-ü qadındır. Ən gənc qalibin 23, ən…
Daha çoxMirziyoyev Azərbaycana yola düşdü
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb. SİA-nın məlumatına görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Daha əvvəl səfərin 2-4 iyul tarixlərində baş tutacağı bildirilmişdi. İyulun 4-də Xankəndidə Özbəkistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Daha çox