Kampaniya 4 nominasiya üzrə finala yüksələrəkiki medallatəltif olunub “Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilən “Doğru yol budur” sosial kampaniyası KIAF — Beynəlxalq Reklam Festivalında yüksək nəticə əldə edib. Layihə “Əməkdaşlıq və tərəfdaşlıqlar”və “Qeyri-kommersiya və xeyriyyə layihələri” kateqoriyaları üzrə gümüş medallara layiq görülüb. Eyni zamanda, layihə “Korporativ imic və nüfuzun formalaşdırılması” və “Brendlərarası əməkdaşlıq” kateqoriyalarında da finala çıxaraq beynəlxalq reklam və yaradıcı sənaye mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Qeyd edək ki, “Doğru yol budur” kampaniyasının məqsədi gəncləri zərərli vərdişlərdən uzaq…
Daha çoxDay: July 2, 2025
“Etnik ayrı-seçkilik sabitliyə təhdid yaradır və qarşısı dialoqla alınmalıdır”
“Son günlər Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr – xüsusilə də azərbaycanlılara, Orta Asiya respublikalarından olanlara və digər qeyri-rus xalqların nümayəndələrinə qarşı həyata keçirilən güc tətbiqi və diskriminasiya xarakterli davranışlar – ciddi narahatlıq doğurur. Bu cür hadisələr təkcə lokal qarşıdurma kimi deyil, həm də daha geniş geosiyasi və ictimai kontekstdə qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. Onun sözlərinə görə, Rusiya daxilində sosial-iqtisadi problemlər, etnik münasibətlərdə gərginlik və mərkəzi hakimiyyətin sərt yanaşması uzun müddətdir mövcuddur. Ancaq son vaxtlar bu problemlər xüsusilə miqrantlara və etnik azlıqlara qarşı zorakılıq…
Daha çoxUşaqlar niyə artıq real oyun oynamaq əvəzinə telefona qaçır?
“Uşaqların real oyunlardan uzaqlaşıb telefona yönəlməsinin əsas səbəblərindən biri, hətta bəlkə də birincisi, valideynlərin davranış modelidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, müasir dövrdə bir çox valideyn müxtəlif səbəblərdən – yorğunluq, vaxt çatışmazlığı, səbir azlığı və ya digər şəxsi məşğuliyyətlər üzündən – uşaqları ilə birbaşa məşğul olmaq yerinə onların əllərinə telefon verir. Bu isə ilk baxışda rahat və təsirli bir üsul kimi görünsə də, uzunmüddətli nəticələr baxımından uşağın psixoloji və fiziki inkişafı üçün ciddi təhlükələr yaradır. Əksər hallarda valideynlər uşaqlarını sakitləşdirmək, ağlamasının, narazılığının qarşısını almaq…
Daha çoxMilli Məclisin komissiyası aparılan informasiya kampaniyasına dair açıqlama yayıb
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb. SİA açıqlamanı təqdim edir: “Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər nəticəsində müəyyən edilib ki, Rusiyanın Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı edilən qanunsuz hərəkətlərdən sonra Rusiya mediasında, habelə teleqram platformasında müxtəlif xəbər kanalları və şəxslər tərəfindən Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara qarşı geniş informasiya kampaniyası başladılıb. Araşdırmalarımız zamanı soydaşlarımıza göstərilən aqressiv davranış və qeyri-insani münasibətin adıçəkilən resurslarda da geniş təbliğ olunması və Azərbaycana qarşı qeyri-dost…
Daha çoxZaxarovadan “Sputnik Azərbaycan”la bağlı AÇIQLAMA
Zaxarovadan “Sputnik Azərbaycan”la bağlı AÇIQLAMA
Daha çox“Seriallar gənclərə zərərli həyat tərzlərini cəlbedici göstərə bilər”
“Son illərdə yerli və xarici serialların artan populyarlığı gənclərin düşüncə tərzinə, davranış modellərinə və dəyərlər sisteminə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu təsiri həm müsbət, həm də mənfi yönlərdən qiymətləndirmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, xarici seriallar vasitəsilə gənclər müxtəlif mədəniyyətlər, həyat tərzləri və sosial münasibət formaları ilə tanış olur. Bu, onların dünyagörüşünü genişləndirir, tolerantlıq, fərqliliyə hörmət kimi dəyərlərin formalaşmasına kömək edir. Eyni zamanda, xarici dillərə marağın artması və qlobal məsələlərə daha açıq baxış bucağının yaranması da bu təsirin müsbət tərəflərindəndir: “Digər tərəfdən, bəzi…
Daha çoxPezeşkianın Azərbaycana gələcəyi təsdiqləndi
İran prezidenti Məsud Pezeşkianın İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Liderlər Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gələcəyi təsdiqlənib. SİA xəbər verir ki, İranın “Mehr” xəbər Agentliyi prezidentin Azərbaycana yola düşəcəyini açıqlayıb. Azərbaycan 2025-ci il iyulun 3-4-də Xankəndidə keçiriləcək İƏT Liderlərinin 17-ci Sammitinə ev sahibliyi edəcək. Sammitdə İƏT-in regional əməkdaşlığın inkişafı və davamlı inkişafın təşviqində rolu vurğulanacaq.
Daha çoxDünya bazarında qızıl və gümüş ucuzlaşıb
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
Daha çoxRusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı geniştərkibli istintaq qrupu yaradılıb
Baş Prokurorluda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin araşdırılması üçün geniştərkibli istintaq qrupu yaradılıb. SİA xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair Baş Prokururluqda keçirilən mətbuat konfransında qurumun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, Rusiyanın əməliyyat-axtarış strukturları ən azı 14 nəfəri saxlayıb və həmin şəxslərdən ikisi istisna olmaqla, 12-si Azərbaucan vətəndaşı olub. Onlardan 7-nə qarşı fiziki zorakılıq tətbiq edilməsi müəyyən olunub.
Daha çox“Sosial media həyatın bir parçası olsa da,…”
“Sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və xüsusilə gənc nəsil bu platformalardan çox fəal istifadə edir. Lakin bu aktivlik bəzən real sosial münasibətlərin zəifləməsinə səbəb olur və bu məsələ cəmiyyət üçün narahatlıq doğuran tendensiyalardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, sosial medianın gənclər üzərində həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Müsbət tərəfdən baxdıqda, bu platformalar gənclərə öz fikirlərini ifadə etmək, müxtəlif maraq dairələrinə uyğun qruplara qoşulmaq və dünyanın fərqli yerlərindən olan insanlarla ünsiyyət qurmaq imkanı yaradır: “Bəzi hallarda bu, gənclərin dünyagörüşünün formalaşmasına,…
Daha çox