Rusiyanın Petropavlovsk-Kamçatski şəhəri yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.
Seysmoloqlar Avaça körfəzinin sularında yeraltı təkanlar qeydə alıblar. Petropavlovsk-Kamçatskinin müəyyən ərazilərində yer səthində titrəmələr hiss olunub.
Episentr Petropavlovsk-Kamçatskidən 51 kilometr uzaqda yerləşib.