ŞKTC prezidentinin fəxri doktor diplomu mərasimi keçirilir


Azərbaycan Texniki Universitetində (AzTU) Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatarın fəxri doktor diplomunun təqdimat mərasimi keçirilir. SİA xəbər verir ki, tədbir Prezident Ersin Tatarın Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub.

Mərasimdən öncə Ersin Tatar Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib və universitetin kitabxanası ilə tanış olub. Daha sonra Azərbaycan Texniki Universitetinin akt zalında keçirilən əsas mərasimdə universitetin rektoru prof. Vilayət Vəliyev açılış nitqi ilə çıxış edib.

Tədbirdə Ersin Tatarın ictimai-siyasi fəaliyyəti barədə təqdimat nümayiş olunub, ardınca fəxri doktor adının verilməsi mərasimi keçirilib. Hazırda fəxri mantiyanın və diplomun təqdimatı davam edir.

Qeyd edək ki, Prezident Ersin Tatarın Azərbaycan Texniki Universiteti kollektivi qarşısında çıxışı və bağlanış nitqləri ilə tədbir yekunlaşacaq. Mərasimdə elm, təhsil və ictimaiyyət nümayəndələri, eləcə də media qurumlarının təmsilçiləri iştirak edir.

Əlaqəli Xəbərlər