İndoneziyanın Bali adası yaxınlığında sərnişin bərəsi batıb. SİA İndoneziya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla iyulun 2-də gecə saat 23:20-də İndoneziyanın Yava və Bali adaları arasındakı Bali boğazında baş verib. Axtarış-xilasetmə agentliyinin açıqlamasında deyilir ki, bərədə 53 sərnişin və 12 nəfər heyət üzvü, habelə 22 nəqliyyat vasitəsi olub. Xilasedicilər 4 nəfəri sudan sağ çıxarıblar. Hazırda digərlərinin axtarışları davam edir.
Daha çoxDay: July 3, 2025
Tramp Afrika liderləri ilə sammit keçirəcək
ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışından sonra ilk dəfə 9-11 iyul tarixlərində Vaşinqtonda Afrika ölkələri liderlərinin iştirakı ilə sammit keçiriləcək. SİA xəbər verir ki, bu barədə “Semafor” məlumat yayıb. Amerika paytaxtına Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri gələcək. Sammitdə Qərbi Afrika ölkələri ilə mineral ehtiyatlar sahəsində əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Bundan əlavə, payızda Nyu-Yorkda daha geniş ABŞ-Afrika sammitinin keçirilməsi planlaşdırılır.
Daha çoxSayı kəskin azalan sığınlar İsveçin Qırmızı Kitabına düşə bilər
2025-ci ildə İsveçin Qırmızı Kitabına yeni böyük bir növ – sığın daxil edilə bilər. SİA xəbər verir ki, Bionövlər Məlumat Mərkəzinin ilkin qiymətləndirmələrinə görə, son 21 ildə ölkədə sığınların sayı 20 faiz azalıb ki, bu da siyahıya daxil edilmə meyarlarına cavab verir. Populyasiyanın azalmasına səbəb meşələrə torpaq mülkiyyətçiləri tərəfindən təzyiqin artmasıdır. Buna baxmayaraq, İsveçdə hələ də təxminən 300-400 min sığın var və şimal populyasiya sabit olaraq qalır. Lakin iqlim dəyişikliyi və digər maral növləri ilə rəqabət gələcəkdə ölkənin cənubunda populyasiyanı zəiflədə bilər. Sığın ilə müqayisədə, daha az tanınan növlər –…
Daha çoxPapa Leo və İtaliyanın Baş naziri Yaxın Şərqdə sülhün vacibliyini bildiriblər
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, görüşdə Müqəddəs Taxt-Tac ilə İtaliya arasında yaxşı səviyyədə olan mövcud münasibətlər vurğulanıb. Eyni zamanda, ikitərəfli əlaqələrin perspektivləri, kilsə və İtaliya cəmiyyətini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Ukrayna və Yaxın Şərqdə sülhün əldə olunmasının vacibliyini qeyd ediblər. Həmçinin, Qəzzaya humanitar yardımların çatdırılması səylərinə sadiqlik vurğulanıb.
Daha çoxUkraynadakı dəhşətli partlayışda xəsarət alanların sayı artdı
Jitomir yaxınlığında baş verən partlayışlarda yaralananların sayı 24-ə çatıb. SİA xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vitali Buneçko bildirib. O, iki nəfərin isə öldüyünü təsdiqləyib. Hazırda partlayış nəticəsində baş verən yanğının söndürülməsi üçün işlər davam etdirilir. Qeyd edək ki, iyulun 2-də axşam saatlarında M-06 beynəlxalq avtomobil yolunun Jitomir yaxınlığındakı Berezina kəndində iki partlayış səsi eşidilib. Yolun hər iki istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əvvəlcə partlayışın yanacaqdoldurma məntəqəsində baş verdiyi və yanğının avtobusa keçdiyi bildirilib. Bundan başqa, partlayışlar nəticəsində fərdi yaşayış evlərinə də ziyan dəyib. Sonradan məlum olub ki, Jitomir…
Daha çoxÇinin avtomobil istehsalçısı Macarıstan bazarında iştirakını gücləndirir
Çinin “BYD” şirkəti bu ilin yanvar-aprel aylarında Macarıstanda 558 elektromobil satıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən iki dəfə çoxdur. SİA Macarıstanın MTI agentliyinə istinadla xəbər verir ki, BYD-nin bazar seqmentində payı 17,9 faizə çatıb. Bununla da, Çin avtomobil istehsalçısı 21,5 faiz payla seqment lideri olan “Tesla”ya yaxınlaşıb. Yanvar-aprel aylarında BYD minik və kommersiya avtomobillərinin satışı 757 ədədə çatıb. 2024-cü ildə şirkətin Macarıstanda satışları 1548 ədəd təşkil edib ki, bu da istehsalçıya 1,37 faiz bazar payını təmin edib. Bu il bu rəqəm iki, hətta üç dəfə də arta…
Daha çoxLeyla Əliyevanın doğum günüdür
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür. SİA xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib. 1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb. 2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq…
Daha çoxPutin 2022-ci ildən bəri ilk dəfə Ukraynadakı hədəflərini dəyişib..?
Analitiklər dönüş nöqtəsini elan etdilər… …Kremlin Ukraynada mülki hədəflərə hücumlarının sayı Putinin strategiyasının dəyişdiyini göstərir. Qeyd edək ki, ötən gün Rusiya prezidenti ordusunun Luqansk vilayətini tamamilə işğal etdiyini bəyan edib. Və əgər bu məlumat təsdiqini taparsa, o zaman Krımdan sonra Luqansk vilayəti Ukraynanın tam işğal olunmuş ilk bölgəsi olacaq. Bununla belə, Putinin ambisiyaları Ukraynanın qismən işğal olunmuş dörd regionundan xeyli kənara çıxır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Telegraph yazır. Eyni zamanda, təbliğat resursları Putinin ordusunun Dnepropetrovsk vilayətində ilk yaşayış məntəqəsini işğal etdiyini…
Daha çox7 və 9 yaşında danışa bilməyən və hələ də uşaq bezi taxan uşaqlar tapılıb…
Onların valideynləri kimlərdir? Onların atası 54 yaşlı heykəltəraş, anası isə 38 yaşlı Hollandiya vətəndaşıdır… İtaliyada Turin yaxınlığındakı ucqar fermada cəmiyyətdən tam təcrid olunmuş iki uşaq, 9 yaşlı oğlan və 7 yaşlı qız tapılıb. Heç vaxt həkimə və ya məktəbə getməmiş uşaqlar hələ də uşaq bezi taxır və yalnız onların başa düşdüyü primitiv bir dildə ünsiyyət qururlar. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, uşaqlar hələ də uşaq bezi geyinirlər. Yalnız onların başa düşdüyü ibtidai bir dildə ünsiyyət qururlar. Onlar oxuya və yaza bilmirlər. Onların valideynləri kimlərdir? Onların…
Daha çoxPrezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze” istirahət mərkəzində olublar. SİA xəbər verir ki, “Sea Breeze”in təsisçisi Emin Ağalarov Azərbaycanın və Özbəkistanın dövlət başçılarına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib. Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Ərazidə artıq 20 min sakin yaşayır…
Daha çox