İran nüvə silahlarını “qeyri-insani” və “İslam prinsiplərinə zidd” hesab edir. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz nüvə silahını təkcə qeyri-insani deyil, həm də İslam prinsiplərinə zidd hesab edirik. İkincisi, dövlətimizin müdafiəsi üçün nüvə silahı lazım olduğuna inanmırıq. Bu silahlar bizi daha həssas vəziyyətə salardı. Təbii ki, İran daxilində bununla bağlı hələ də müzakirələr gedir və mənim fikrimi bölüşməyən insanlar var”, – o, CBS telekanalına deyib.
ABŞ-la nüvə danışıqlarını şərh edən Əraqçi deyib ki, Tehran hazırda İran-İsrail münaqişəsi və Vaşinqtonun bu münaqişəyə qarışmasından sonra “Vaşinqtona etibar etməyə və Amerika tərəfi ilə yeni danışıqlara getməyə dəyərmi” sualına cavab tapmağa çalışır.