Günün havası – Külək, şimşək, sel, dolu…
Daha çoxDay: July 3, 2025
Neft ucuzlaşdı
Neft ucuzlaşdı
Daha çoxBakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib
Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib. SİA Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, bir sıra yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Hazırda: 1. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Daha çoxZelenskidən ABŞ-nin qərarına Reaksiya
Zelenskidən ABŞ-nin qərarına Reaksiya
Daha çoxAlimlərdən şok
Alimlərdən şok
Daha çoxDİQQƏT: Bu ərazilərdə işıq olmayacaq
DİQQƏT: Bu ərazilərdə işıq olmayacaq
Daha çoxAlmaniyada bu ilin ən isti günü qeydə alınıb
Almaniya Meteorologiya Xidməti (DWD) iyulun 2-də ölkə üzrə rekord istilərin qeydə alındığını açıqlayıb. Lakin günün sonunda bir çox bölgədə güclü şimşək və leysan yağışları müşahidə olunub. SİA yerli mediaya istinadla xəbər verir ki, Reynland-Pfalts əyalətindəki Andernax hava stansiyasında 39,3 dərəcə ölçülüb. Bu, ölkədə cari il üzrə ən yüksək temperatur olub. Saksoniya-Anhalt bölgəsindəki Tangerhütte-Demker şəhərində 39,2, Bavariyadakı Kitsingen şəhərində isə 39,1 dərəcə temperatur qeydə alınıb. Brandenburq və Saksoniya əyalətlərinin sərhədində geniş ərazidə meşə yanğını daha da genişlənib. Ərazi əvvəllər hərbi təlim zonası olduğu üçün partlayıcı maddələrlə çirklənmiş hesab olunur ki, bu…
Daha çoxİndoneziyada bərə batıb: 61 nəfər itkindir
İndoneziyanın Bali adası yaxınlığında sərnişin bərəsi batıb. SİA İndoneziya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla iyulun 2-də gecə saat 23:20-də İndoneziyanın Yava və Bali adaları arasındakı Bali boğazında baş verib. Axtarış-xilasetmə agentliyinin açıqlamasında deyilir ki, bərədə 53 sərnişin və 12 nəfər heyət üzvü, habelə 22 nəqliyyat vasitəsi olub. Xilasedicilər 4 nəfəri sudan sağ çıxarıblar. Hazırda digərlərinin axtarışları davam edir.
Daha çoxTramp Afrika liderləri ilə sammit keçirəcək
ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışından sonra ilk dəfə 9-11 iyul tarixlərində Vaşinqtonda Afrika ölkələri liderlərinin iştirakı ilə sammit keçiriləcək. SİA xəbər verir ki, bu barədə “Semafor” məlumat yayıb. Amerika paytaxtına Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri gələcək. Sammitdə Qərbi Afrika ölkələri ilə mineral ehtiyatlar sahəsində əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Bundan əlavə, payızda Nyu-Yorkda daha geniş ABŞ-Afrika sammitinin keçirilməsi planlaşdırılır.
Daha çoxSayı kəskin azalan sığınlar İsveçin Qırmızı Kitabına düşə bilər
2025-ci ildə İsveçin Qırmızı Kitabına yeni böyük bir növ – sığın daxil edilə bilər. SİA xəbər verir ki, Bionövlər Məlumat Mərkəzinin ilkin qiymətləndirmələrinə görə, son 21 ildə ölkədə sığınların sayı 20 faiz azalıb ki, bu da siyahıya daxil edilmə meyarlarına cavab verir. Populyasiyanın azalmasına səbəb meşələrə torpaq mülkiyyətçiləri tərəfindən təzyiqin artmasıdır. Buna baxmayaraq, İsveçdə hələ də təxminən 300-400 min sığın var və şimal populyasiya sabit olaraq qalır. Lakin iqlim dəyişikliyi və digər maral növləri ilə rəqabət gələcəkdə ölkənin cənubunda populyasiyanı zəiflədə bilər. Sığın ilə müqayisədə, daha az tanınan növlər –…
Daha çox