Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. SİA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən…
Daha çoxDay: July 3, 2025
Azərbaycan Prezidenti Lukaşenkonu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: Hörmətli Aleksandr Qriqoryeviç. “Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün dost Belarus xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan ilə Belarusu ənənəvi sıx dostluq və qarşılıqlı dəstək əlaqələri birləşdirir. Ölkələrimiz arasında ildən-ilə yeni məzmunla zənginləşən əməkdaşlığın yüksək dinamikasını məmnunluqla qeyd etmək istərdim. Sevindirici haldır ki, biz dövlətlərarası dialoqun inkişafında, iqtisadi-ticari əməkdaşlığın möhkəmlənməsində və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsində yaxşı səviyyəyə çatmışıq. İnanıram ki, Azərbaycan ilə Belarus arasında bütün…
Daha çoxAzərbaycan icbari avtosığorta şəhadətnaməsinin forması və məzmununa dair tələbləri dəyişib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 28 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”də dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, şəhadətnamədə əks olunan standart məlumatlarla yanaşı, qeyd edilən məlumatlarda bir sıra dəyişikliklər edilib. Bundan başqa, Şəhadətnamədə nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkə, eləcə də yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə icazə verilən maksimum kütlə və avtobuslar, mikroavtobuslar və…
Daha çoxƏrdoğan sabah Xankəndiyə gələcək
Ərdoğan sabah Xankəndiyə gələcək
Daha çoxBəzi rayonlara yağış yağıb, külək güclənib
Azərbaycanda iyulun 3-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Balakəndə 33, Sarıbaşda (Qax) 14, Zaqatalada 11, Tovuzda 5, Ağstafa və Şəkidə 3, Ceyrançöl, Gədəbəy və Şahbuzda 2, Daşkəsən, Göygöl, Şəmkir, Kəlbəcər, Laçın, Qubadlı, Laza (Qusar) və Lerikdə 1 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncədə 19 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır. Havanın maksimal…
Daha çoxXankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. SİA xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat verdilər. Bildirildi ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti…
Daha çoxŞavkat Mirziyoyev Bakıda Zəfər parkını ziyarət edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Bakıda Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Xatırladaq…
Daha çoxSabah hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında iyulun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-22°…
Daha çoxQızıl və gümüş ucuzlaşdı
Qızıl və gümüş ucuzlaşdı
Daha çox“Yekaterinburqda baş verən hadisə hər bir azərbaycanlını narahat edir”
“Rusiyanın Yekaterinburq şəhərində yaşayan Səfərovlar ailəsi ilə bağlı baş verən hadisələr Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub. Bu cür yanaşma, xüsusilə hüquq-mühafizə orqanlarının ailəyə qarşı göstərdiyi münasibət nə hüquqi çərçivədə, nə də Rusiya–Azərbaycan əlaqələrinin ruhuna uyğun hesab oluna bilməz”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti və ictimaiyyəti bu məsələyə prinsipial və qəti mövqe sərgiləyib:“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının bir vətəni var – o da Azərbaycandır. Dövlətimiz daim öz vətəndaşlarının və soydaşlarının yanında olub, onların…
Daha çox