Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 6-dək davam edəcəyi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə BDYPİ -nin hərəkət iştirakçılarına müraciətində bildirilib. “Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları…
Daha çoxDay: July 3, 2025
ABŞ Çinin kosmik silahlarına cavab hazırlayır..?
Çin təcavüzü və ambisiyaları mühafizədən kənara çıxır. Tramp administrasiyası iddialı “Qızıl Qübbə” raketdən müdafiə sistemini nümayiş etdirərək Çinin kəskin tənqidinə səbəb olub. Bu açıqlamaya cavab olaraq Çin prezidenti Si Cinpin və Putin İkinci Dünya Müharibəsinin bitməsinin 80-ci ildönümü ilə bağlı birgə bəyanat yayaraq, ABŞ-ı kosmosu hərbiləşdirməkdə və beynəlxalq nizamı pozmaqda ittiham ediblər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 19FortyFive yazır. Lakin ekspertlər qeyd edirlər ki, Çinin ittihamları əsassız olmaqla yanaşı, həm də ikiüzlüdür. “Qızıl Qübbə” Çin və digər rəqiblərin kosmosda hərbi potensialını aktiv şəkildə…
Daha çoxPrezident Xankəndidə Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. SİA xəbər verir ki, Rəşid Meredov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmən xalqının Milli Liderinə, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına çatdırmağı xahiş edib. Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək bu bölgənin təbiətinin gözəlliyinə valeh olduğunu…
Daha çox“Qadınların və gənclərin fəallığı inklüziv inkişaf üçün vacibdir”
“Qadınlar və gənclər iqtisadi artıma, sosial tərəqqiyə və siyasi sabitliyə töhfə verərək, cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayırlar, onların potensialından tam istifadə edilməlidir. Qadınları və texnologiyaya çevik uyğunlaşma qabiliyyətinə malik olan gənc innovatorları aktivləşdirməklə unikal perskpektivlər əldə etmək mümkündür”. SİA xəbər verir ki, Milli Məclisin deputatı Nigar Məmmədova birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu çərçivəsində keçirilən panel iclasda “Qadın və gənclərin sahibkarlığı üçün inklüziv hüquqi mühitin yaradılması, həmçinin qadınların və gənclərin STEM və İT peşələrinə çıxış imkanlarının genişləndirilməsi” mövzusunda çıxışı zamanı bu fikirləri səsləndirib. Deputat bildirib ki, qadınlar çox vaxt ailələrdə,…
Daha çoxAzərbaycanda ailənin orta gəlirinin hesablanması qaydası dəyişib
Nazirlər Kabineti ölkə Prezidentinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 29 noyabr 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 20 dekabr 2024-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycanda ailənin orta gəliri hesablanarkən onun gəlirindən paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası çıxılmayacaq.
Daha çoxUğurlu gələcək, işıqlı sabah
İyulun 3-də Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mirzə Quliyev, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və partiya üzvləri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. Tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və vəfat etmiş partiya üzvlərinin əziz xatirəsi…
Daha çoxLuqanskın keçmiş meri partlayışda öldü
Luqanskın keçmiş meri şəhərin mərkəzindəki partlayışda həlak olub. SİA Rusiya mediasına istinadən xəbər verir ki, partlayış bu gün səhər saatlarında baş verib. Nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb. İlkin məlumata görə, ölən Luqanskın keçmiş meri Manolis Pilavovdur. İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb. Qeyd edək ki, M.Pilavov 2014-2023-cü illərdə şəhərin meri olub.
Daha çoxDünyadakı epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq edilib
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Namibiyanın Omaheke, Otyozondupa, Tomas, Hardap, Eronqo regionlarında atların Afrika, Bolqarıstanın Plovdiv vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransanın Overn-Rona-Alplar və İtaliyanın Lombardiya regionunda nodulyar dermatit, Şimali Makedoniyanın Cənub-Şərqi Statistik bölgəsində nyukasl, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Rexham regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün Namibiyadan və zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik yayılan digər inzibati ərazi…
Daha çoxABŞ “potensial təhlükəli şəxsləri”i vətəndaşlıqdan məhrum edir
Ədliyyə Nazirliyi denaturalizasiya üçün əsasların siyahısını genişləndirməyi planlaşdırır ABŞ Ədliyyə Departamentinin rəhbərlərindən birinin sızdırılmış memorandumuna görə, xatırladaq kimi ölkədə Baş Prokurorluq kimi fəaliyyət göstərən bu quruma denaturalizasiya ilə bağlı çox geniş səlahiyyətlərin verilməsi təklif edilir. Çox uzun cinayətlər siyahısına görə – dələduzluqdan tutmuş insan hüquqlarının pozulmasına qədər – və ya sadəcə Ədliyyə Nazirliyi ölkənin bu və ya digər “yeni” vətəndaşını təhlükəli hesab etdiyi üçün Amerika pasportunu itirmək mümkün olacaq. Bu daxili sənədə əsasən, başqa ölkədə doğulmuş, lakin Amerika vətəndaşlığını almış istənilən şəxs risk altında olacaq. Memo Prezident Donald Trampın ikinci…
Daha çoxBoğulma hallarının qarşısını necə almaq olar?
“Çimərliyə gedərkən ilk növbədə təhlükəsizlik məsələsi ön planda olmalıdır. Əvvəlcə düzgün və rəsmi şəkildə fəaliyyətinə icazə verilmiş çimərlikləri seçmək vacibdir. Yalnız fəaliyyətinə icazə verilmiş çimərliklərdə dənizə girmək tövsiyə olunur”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, bu çimərliklər mövsüm başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən müvafiq yoxlamalardan keçirilir: “Su nümunələrinin fiziki, kimyəvi, bioloji və bakterioloji göstəriciləri araşdırılır. Əgər insanların sağlamlığı üçün təhlükə riski yaranarsa, bu barədə tədbir görülür. Eyni zamanda sualtı ərazi – akvatoriya da dərinlik baxımından öyrənilir, təhlükəli yarğanlar, axınlar və digər risk faktorları…
Daha çox