ABŞ prezidenti Donald Tramp iyulun 3-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacağını təsdiqləyib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb. …Mən Rusiya prezidenti Putinlə saat 10:00-da (Moskva vaxtı ilə 17:00) danışacam. Təşəkkür edirəm! – siyasətçi bildirib. Bundan əvvəl Putin iyulun 3-də Ağ Evin rəhbəri ilə danışacağını bildirmişdi. O, Strateji Təşəbbüslər Agentliyinin (ASI) forumunda iştirak edərkən deyib ki, “…Mən bu gün ABŞ prezidenti ilə danışacam. İki ölkə liderləri arasında bundan əvvəlki söhbət iyunun 14-də olub, 50 dəqiqə davam edib. Onun zamanı Putin…
Daha çoxDay: July 3, 2025
Müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxslə görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxslə görüş təşkil edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev son illər ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi sahəsində görülmüş işlər barədə məlumat verib. Reabilitasiya sahəsində keyfiyyət və əlçatanlığın təmin olunması üçün atılan addımları, həmçinin xidmətlərin həcminin genişləndirildiyi, alternativ reabilitasiya üsullarının tətbiq edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, postmüharibə dövründə agentliyin…
Daha çox“Xocavənd” tankeri yenidən istismara verilib
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xocavənd” tankeri əsaslı təmir işlərindən sonra yenidən istismara verilib. SİA-nın məlumatına görə, ASCO-dan bildirilib ki, təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, göyərtələri təmizlənərək rənglənib. Sükan-pər qurğusu, baş və köməkçi mühərriklər, nasoslar, qazanlar tam şəkildə baxışdan keçirilib və lazımi hissələr təmir olunub. Həmçinin tanker üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrikquraşdırma avtomatika və izolyasiya işləri yerinə yetirilib. Yükqaldırıcı qurğular, eləcə də xilasedici və yanğınsöndürmə avadanlıqları da sazlanıb. “Xocavənd” gəmisinin rabitə və elektroradionaviqasiya sistemləri də təmir edilib, nasaz vəziyyətdə olan ehtiyat hissələr yenisi ilə…
Daha çoxİlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb. SİA xəbər verir ki, dövlətimizin başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur. Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.
Daha çoxDanimarkanın baş naziri Ukraynanın Aİ-yə daxil olması ilə bağlı vəd verib
Danimarka Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasını təmin etmək üçün əlindən gələni edəcək. SİA-nın əldə etdiyi məlumata görə, Tagesschau xəbər verir ki, bunu ölkənin baş naziri Mette Frederiksen deyib. …Danimarka sədrliyi Ukraynanın Avropa İttifaqına daxil olması yolunda mümkün olan hər şeyi edəcək. Bunu baş nazir qeyd edib. Frederiksenin sözlərinə görə, Kiyev artıq “Avropa Birliyinin bir hissəsidir”. Siyasətçi əmin edib ki, Danimarka Ukraynaya hərbi dəstəyi artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar hazırlamaq niyyətindədir. Bundan əvvəl Frederiksen Avropanın təhlükəsizliyinin Danimarkanın Avropa İttifaqı Şurasına sədrliyinin mərkəzi mövzusu olacağını bildirmişdi. Əli Babayev
Daha çoxİyun ayında 17 aptekdə yoxlama aparılıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzdən verilən məlumata görə, iyun ayı ərzində Bakı şəhəri üzrə 12, respublikanın digər şəhər və rayonlarında isə 5 aptek olmaqla, ümumilikdə 17 aptekdə yoxlama həyata keçirilib. Yoxlamalar nəticəsində apteklərdə hər hansı nöqsan qeydə alınmayıb.
Daha çox“Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir”
“Azərbaycan çoxşaxəli xarici siyasət taktikasını həyata keçirməkdədir. Xüsusilə də Orta Asiya Türk dövlətləri ilə sıx təmaslarını genişləndirməkdədir. Bu əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli formatda aparılır. Bildiyiniz kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində Orta Asiya Türk dövlətləri ilə əməkdaşlıq edir, eyni zamanda MDB məkanında da bu dövlətlərlə sıx əməkdaşlıq həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. Politoloq bildirib ki, buna baxmayaraq, Azərbaycan həmin dövlətlərlə ikitərəfli münasibətlər çərçivəsində də yüksək səviyyəli əlaqələr qurmaqdadır: “Bildiyiniz kimi, hər bir Orta Asiya Respublikası ilə, Türk dövlətləri ilə təmaslarını genişləndirməkdədir. Bu, Azərbaycanın…
Daha çox"Çeçenistan hakimiyyət dəyişikliyinə hazırlaşır..?"
“Çeçenistan hakimiyyət dəyişikliyinə hazırlaşır..?”
Daha çoxTrans-Xəzər konnektivliyi üzrə strateji əməkdaşlıq müzakirə olunub
Londonda Xəzər Siyasət Mərkəzinin Trans-Xəzər bağlantısına dair üçüncü London konfransı keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “İrəliləyişi gücləndirmək, sinerjini inkişaf etdirmək” adlı tədbirdə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin artan regional əlaqələri, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı fonunda ortaya çıxan iqtisadi, ticari və strateji imkanlar müzakirə olunub. Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü lord Con Alderdays Birləşmiş Krallığın regionla əməkdaşlığa artan diqqətindən və bu regiona vahid prizmadan yanaşmağın əhəmiyyətindən danışıb. O, regionla əməkdaşlığın yalnız ticarətlə məhdudlaşmadığını, uzunmüddətli tərəfdaşlığa əsaslandığını bildirib. Lord Con…
Daha çoxRusiya iqtisadiyyatı çökür
Rusiyanın dövlət inkişaf bankı olan “Vneşekonombank”ın baş iqtisadçısı Andrey Klepaç “Le Monde” nəşrinə müsahibəsində ölkəsinin iqtisadiyyatının durğunluq vəziyyətində olması ilə bağlı fikirlərini bildirib, lakin onun payıza qədər bərpa olunacağını gözlədiyini qeyd edib. Vneşekonombankın baş iqtisadçısı, 1998-1999-cu illərdə Rusiya Mərkəzi Bankında tədqiqatlar üzrə direktor, 2008-2014-cü illərdə isə ölkənin iqtisadi inkişaf nazirinin müavini vəzifələrində çalışmış 66 yaşlı Andrey Klepaç Rusiya maliyyə institutlarının modernləşdirilməsinə, formalaşdırılmasına və inkişafına nail olması ilə məşhurlaşıb. Ekspert izah edir ki, bu gün Rusiya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi ölkənin ÜDM-nin 8%-dən çoxunu təşkil edən müdafiə sahəsinə çevrilib. Rusiya tənəzzülə…
Daha çox