Uğurlu gələcək, işıqlı sabah

İyulun 3-də Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mirzə Quliyev, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və partiya üzvləri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. Tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və vəfat etmiş partiya üzvlərinin əziz xatirəsi…

Daha çox

Luqanskın keçmiş meri partlayışda öldü

Luqanskın keçmiş meri şəhərin mərkəzindəki partlayışda həlak olub. SİA Rusiya mediasına istinadən xəbər verir ki, partlayış bu gün səhər saatlarında baş verib. Nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb. İlkin məlumata görə, ölən Luqanskın keçmiş meri Manolis Pilavovdur. İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb. Qeyd edək ki, M.Pilavov 2014-2023-cü illərdə şəhərin meri olub.

Daha çox

Dünyadakı epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq edilib

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Namibiyanın Omaheke, Otyozondupa, Tomas, Hardap, Eronqo regionlarında atların Afrika, Bolqarıstanın Plovdiv vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransanın Overn-Rona-Alplar və İtaliyanın Lombardiya regionunda nodulyar dermatit, Şimali Makedoniyanın Cənub-Şərqi Statistik bölgəsində nyukasl, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Rexham regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün Namibiyadan və zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik yayılan digər inzibati ərazi…

Daha çox

ABŞ “potensial təhlükəli şəxsləri”i vətəndaşlıqdan məhrum edir

Ədliyyə Nazirliyi denaturalizasiya üçün əsasların siyahısını genişləndirməyi planlaşdırır ABŞ Ədliyyə Departamentinin rəhbərlərindən birinin sızdırılmış memorandumuna görə, xatırladaq kimi ölkədə Baş Prokurorluq kimi fəaliyyət göstərən bu quruma denaturalizasiya ilə bağlı çox geniş səlahiyyətlərin verilməsi təklif edilir. Çox uzun cinayətlər siyahısına görə – dələduzluqdan tutmuş insan hüquqlarının pozulmasına qədər – və ya sadəcə Ədliyyə Nazirliyi ölkənin bu və ya digər “yeni” vətəndaşını təhlükəli hesab etdiyi üçün Amerika pasportunu itirmək mümkün olacaq. Bu daxili sənədə əsasən, başqa ölkədə doğulmuş, lakin Amerika vətəndaşlığını almış istənilən şəxs risk altında olacaq. Memo Prezident Donald Trampın ikinci…

Daha çox

Boğulma hallarının qarşısını necə almaq olar?

“Çimərliyə gedərkən ilk növbədə təhlükəsizlik məsələsi ön planda olmalıdır. Əvvəlcə düzgün və rəsmi şəkildə fəaliyyətinə icazə verilmiş çimərlikləri seçmək vacibdir. Yalnız fəaliyyətinə icazə verilmiş çimərliklərdə dənizə girmək tövsiyə olunur”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, bu çimərliklər mövsüm başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən müvafiq yoxlamalardan keçirilir: “Su nümunələrinin fiziki, kimyəvi, bioloji və bakterioloji göstəriciləri araşdırılır. Əgər insanların sağlamlığı üçün təhlükə riski yaranarsa, bu barədə tədbir görülür. Eyni zamanda sualtı ərazi – akvatoriya da dərinlik baxımından öyrənilir, təhlükəli yarğanlar, axınlar və digər risk faktorları…

Daha çox

Pakistanın Baş naziri Azərbaycana yola düşüb

Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana iki günlük səfərə yola düşüb. Bu barədə SİA Pakistan hökumətinə istinadən xəbər verir. Sammit çərçivəsində Ş.Şərif ECO ölkələrinin digər liderləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Hökumət başçısının nümayəndə heyətinə Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshak Dar, informasiya və radio yayımı naziri Attaulla Tarar, Baş nazirin xüsusi köməkçisi Tariq Fatemi daxildir. Bu, Pakistanın Baş nazirinin bu il ərzində Azərbaycana ikinci səfəridir. O, son dəfə 2025-ci ilin may ayında Bakıda olub…

Daha çox

“Həmin torpaqlarda həyat tamamilə dayanmışdı”

“Böyük Qayıdış” prosesi artıq təxminən üç ildir ki, gündəmdədir və olduqca ciddi şəkildə həyata keçirilir. Məlumdur ki, 30 illik işğal dövründə ərazilərimiz həm minalanma, həm də infrastrukturun tamamilə məhv edilməsi baxımından ciddi zərər görmüşdü. Demək olar ki, həmin torpaqlarda həyat tamamilə dayanmışdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti əraziləri işğaldan azad etdikdən sonra ilk növbədə yol infrastrukturunun qurulmasına başladı. Lakin bundan öncə həmin ərazilərin minalardan təmizlənməsi — yəni təhlükəsiz hala gətirilməsi istiqamətində işlər aparıldı ki, bu da son dərəcə vacib bir mərhələdir: “Çünki…

Daha çox

“Azərbaycan mətbuatı 150 illik şərəfli inkişaf yolunu qət edib”

“Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyidir. Bu əlamətdar tarix ölkəmizdə söz azadlığının, ictimai fikrin və milli ideyaların təbliği sahəsində zəngin və şərəfli bir yolun təntənəsidir. Azərbaycan mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetindən başlayaraq bu günə qədər mühüm tarixi mərhələlər keçmiş, xalqın maariflənməsi, milli birliyinin güclənməsi və dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda misilsiz xidmətlər göstərmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa tapşırığı ilə mətbuatımızın 150 illiyi ölkə miqyasında geniş şəkildə qeyd edilir. Bu, həm tarixi irsimizə…

Daha çox

Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuliyə gəlib

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağı elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıblar.

Daha çox

Rusiya Poltavanı vurdu

Rusiya ordusu iyulun 3-də Ukraynanın Poltava vilayətinə hücum edib. SİA xəbər verir ki, Ukrayna KİV-nin məlumatına görə, hücum yanğına və mülki infrastruktura ziyana səbəb olub. Qeyd olunur ki, zərbə nəticəsində 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

Daha çox