“Azərbaycanın regionda və dünyada nüfuzu artır. Artan nüfuz kontekstində beynəlxalq təşkilatlar və dövlətlərlə münasibətlərin yeni müstəviyə keçirilməsi Azərbaycanın nə qədər marağındadırsa, qarşılıqlı şəkildə ayrı-ayrı dövlətlər və təşkilatlar da Azərbaycanla münasibətlərin dərinləşdirilməsinə xüsusi maraq göstərirlər. Bu amilin özü Azərbaycanın yerləşdiyi mövqe ilə bağlıdırsa, daha vacibi isə dövlətimizin sərgilədiyi münasibətlə birbaşa əlaqəlidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, Azərbaycan istənilən əməkdaşlıqda hörmətə, qarşılıqlı marağa söykənir, münasibətlərin hər iki tərəfə dividendlər gətirməsinə önəm verir: “Belə tərəflərdən biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. İqtisadi sahədə əməkdaşlığı ana xətt kimi…
Daha çoxDay: July 3, 2025
Özbəkistan Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
Daha çoxİtaliyada günvurmadan ölənlərin sayı 4-ə çatıb
İtaliyada anomal istilər səbəbindən ölənlərin sayı 4-ə çatıb. SİA xəbər verir ki, Sardiniya adasında 2, Palermoda 1 və Bolonyada 1 nəfər günvurmadan dünyasını dəyişib. Ölkənin Səhiyyə Nazirliyi bu gün üçün paytaxt Roma da daxil olmaqla, 18 şəhərdə qırmızı xəbərdarlıq elan edib. Hazırda ölkənin müxtəlif regionlarında havanın temperaturu 40 dərəcədən yüksəkdir. İtaliyanın Lombardiya, Emiliya-Romanya, Abruzzo, Veneto və Bazilikata bölgələrində avqustun 31-dək saat 12:30-dan 16:00-dək açıq havada işlərin dayandırılmasına dair qərar verilib.
Daha çoxYol Polisi Xidməti əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb
Ağsu rayon sakini Əzizaman İsmayılov idarə etdiyi yük avtomobili ilə magistral yolda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində tüstülənmə müşahidə edib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) SİA-ya bildirilib ki, tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili DYP-nin stasionar postuna sürərək kömək istəyib. Yol Polisi Xidməti əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb, avtomobilin və daşınan yükün yanaraq sıradan çıxmasının qarşısı alınıb. Sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına təşəkkürünü bildirib. DYP vətəndaş məmnunluğunun təmin edilməsinin xidməti vəzifə borcu olduğunu vurğulayır, bununla yanaşı yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq,…
Daha çoxPrezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. SİA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən…
Daha çoxAzərbaycan Prezidenti Lukaşenkonu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: Hörmətli Aleksandr Qriqoryeviç. “Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün dost Belarus xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan ilə Belarusu ənənəvi sıx dostluq və qarşılıqlı dəstək əlaqələri birləşdirir. Ölkələrimiz arasında ildən-ilə yeni məzmunla zənginləşən əməkdaşlığın yüksək dinamikasını məmnunluqla qeyd etmək istərdim. Sevindirici haldır ki, biz dövlətlərarası dialoqun inkişafında, iqtisadi-ticari əməkdaşlığın möhkəmlənməsində və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsində yaxşı səviyyəyə çatmışıq. İnanıram ki, Azərbaycan ilə Belarus arasında bütün…
Daha çoxAzərbaycan icbari avtosığorta şəhadətnaməsinin forması və məzmununa dair tələbləri dəyişib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 28 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”də dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, şəhadətnamədə əks olunan standart məlumatlarla yanaşı, qeyd edilən məlumatlarda bir sıra dəyişikliklər edilib. Bundan başqa, Şəhadətnamədə nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkə, eləcə də yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə icazə verilən maksimum kütlə və avtobuslar, mikroavtobuslar və…
Daha çoxƏrdoğan sabah Xankəndiyə gələcək
Ərdoğan sabah Xankəndiyə gələcək
Daha çoxBəzi rayonlara yağış yağıb, külək güclənib
Azərbaycanda iyulun 3-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Balakəndə 33, Sarıbaşda (Qax) 14, Zaqatalada 11, Tovuzda 5, Ağstafa və Şəkidə 3, Ceyrançöl, Gədəbəy və Şahbuzda 2, Daşkəsən, Göygöl, Şəmkir, Kəlbəcər, Laçın, Qubadlı, Laza (Qusar) və Lerikdə 1 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncədə 19 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır. Havanın maksimal…
Daha çoxXankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. SİA xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat verdilər. Bildirildi ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti…
Daha çox