Şavkat Mirziyoyev Bakıda Zəfər parkını ziyarət edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Bakıda Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Xatırladaq…

Daha çox

Sabah hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-22°…

Daha çox

“Yekaterinburqda baş verən hadisə hər bir azərbaycanlını narahat edir”

“Rusiyanın Yekaterinburq şəhərində yaşayan Səfərovlar ailəsi ilə bağlı baş verən hadisələr Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub. Bu cür yanaşma, xüsusilə hüquq-mühafizə orqanlarının ailəyə qarşı göstərdiyi münasibət nə hüquqi çərçivədə, nə də Rusiya–Azərbaycan əlaqələrinin ruhuna uyğun hesab oluna bilməz”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti və ictimaiyyəti bu məsələyə prinsipial və qəti mövqe sərgiləyib:“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının bir vətəni var – o da Azərbaycandır. Dövlətimiz daim öz vətəndaşlarının və soydaşlarının yanında olub, onların…

Daha çox

Avro və rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA xəbər verir ki, lirənin manat qarşısında dəyəri azalıb. Beləcə, 1000 lirə 42 manat 60 qəpiyə bərabər olub. Avronun məzənnəsi azalaraq 1 avro 2.0043 , rublun məzənnəsi isə ucuzlaşaraq 100 rubl 21 manat 55 qəpiyə enib.

Daha çox

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları, yaxud 1,51 % artaraq 73,61 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,58 % artaraq 72,33 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light”…

Daha çox

“Mirziyoyevin səfəri iki ölkə arasında yeni dövrün başlanğıcıdır”

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin strateji mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər təkcə protokol xarakterli deyil, dərin məzmun və konkret perspektivlər daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan ortaq tarixi, dini və mədəni köklərə malik olmaqla yanaşı, türkdilli dövlətlər içində xüsusi sinerji yaradan iki əsas oyunçudur: “İki ölkə arasında əməkdaşlıq təkcə siyasi deyil, iqtisadi, nəqliyyat, kənd təsərrüfatı və enerji sahələrində də yüksələn xətlə inkişaf edir. Azərbaycan üçün Özbəkistan Orta Asiyada, Özbəkistan üçün isə Azərbaycan Cənubi Qafqazda…

Daha çox

“Gənclər örnək götürərək öyrənməyə meyillidirlər”

“Müasir dövr texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın saniyələrlə yayıldığı bir zamandır. Rəqəmsal alətlər, sosial şəbəkələr, qısa videolar və digər internet məzmunları gənclərin gündəlik həyatında önəmli yer tutur. Bu isə ənənəvi oxu vərdişlərinin, xüsusilə də kitab oxuma mədəniyyətinin tədricən arxa plana keçməsinə səbəb olur. Sosioloji baxımdan bu tendensiya yalnız fərdi deyil, həm də ictimai dəyərlərin dəyişməsi ilə bağlı ciddi bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, gəncləri yenidən kitaba yönəltmək üçün əvvəlcə onu anlamaq lazımdır ki, bu nəsil sürətli, interaktiv və vizual informasiyaya vərdiş…

Daha çox

Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair xidmətlərin tarifləri təsdiqlənib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərin tarifləri”ni təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Qərara əsasən, beynəlxalq səfərlər həyata keçirən gəmilərə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlərin tarifləri aşağıdakı kimi müəyyənləşib: Bundan başqa, Azərbaycanın ərazi suları daxilində səfərlər həyata keçirən gəmilərə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlərin tarifləri xətti üzmə marşrutuna malik müntəzəm sərnişindaşıma həyata keçirən və yaxud eyni iki liman və liman akvatoriyası, dəniz əməliyyatları bazası və ya məntəqələr arasında səfərlər edən…

Daha çox