Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) fəal üzvüdür. ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir.
Sammitin Qarabağın mərkəzi Xankəndidə keçirilməsi buranın beynəlxalq diplomatik arenaya çevrilməsindən xəbər verir və bölgənin inkişafına beynəlxalq diqqət cəlb edir.
Bu tədbir Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək.