ABŞ-da ən sirli qatil üç yatan qızı öldürüb…


ABŞ-ın ən müəmmalı qatili Brayan Koberger istintaqa verdiyi açıqlamada üç yatan qızın və onlardan birinin sevgilisinin qətlə yetirildiyini etiraf edib.

SİA-nın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti yazır.

Nəşr qeyd edir ki, qatilin hökmünün iyulun 23-də çıxarılması planlaşdırılır. Razılaşmanın şərtlərinə görə, o, ölüm cəzasına məhkum edilə bilməz. Aydaho ştatında şəhər. · Moskva Ayova ştatının Muskatin qraflığında qeyri-korporativ ərazidir.

Kobergeri 4 ömürlük həbs və əlavə 10 il həbs cəzası gözləyir. İstintaqın məlumatına görə, həmin şəxs 2022-ci il noyabrın 13-nə keçən gecə Moskoyda (Bu Moskvada deyil, Moskoydur. ABŞ-ın Aydaho ştatında şəhərdir-A.B.) Aydaho Universitetinin tələbələrinin yaşadığı evə soxulub və onları vəhşicəsinə qətlə yetirib.

Cinayət yerində onun DNT izləri olan bıçaq aşkar edilib. Bundan əvvəl xəbər verilmişdi ki, Burundidə izdiham cadugərlikdə ittiham olunan altı nəfəri vəhşicəsinə öldürüb, iki nəfəri isə diri-diri yandırıb.

Əli Babayev

Əlaqəli Xəbərlər