“Azərbaycanlıların zorla çıxarılması tarixi bir ədalətsizlik kimi qiymətləndirilir”


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə etdiyi çıxışda Qərbi Azərbaycan məsələsi xüsusi vurğulanmış və bu mövzunun beynəlxalq gündəlikdə tutduğu yer bir daha təsdiqlənmişdir. Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi təkcə tarixi ədalətsizliyin aradan qaldırılması deyil, həm də regional sülh və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, hazırkı Ermənistan ərazisindən azərbaycanlıların zorla çıxarılması tarixi bir ədalətsizlik kimi qiymətləndirilir: “Bu proses öz miqyası və sistematik xarakterinə görə tarixi misli-bərabəri olmayan hadisələrdən biridir. Vaxtilə Ermənistan ərazisində əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlıların hamısı, sonuncusu 1987-91-ci illərdə olmaqla, bir neçə deportasiya dalğası ilə oradan çıxarılmışdır. Bu deportasiya prosesində Qərbi azərbaycanlıların fundamental hüquqları pozulmuşdur:

– Yaşayış yerləri, ev-eşik, torpaq sahələri və digər əmlakdan məhrum edilmələri;

– Doğulduqları yerdə yaşamaq hüququnun əlindən alınması;

– Etnik mənsubiyyətinə görə hədəf alınmaları;

– Fiziki təhlükəsizliklərinin təmin edilməməsi;

– Mədəni irslərinə və dini məkanlarına əlçatmazlıq;

Ermənistan etnik təmizləmə yolu ilə Qərbi Azərbaycanı monoetnik məkana çevirmiş və bu prosesdə cəzasız qalmasından ruhlanaraq, hətta daha da irəli gedərək Azərbaycan torpaqlarını işğal etmiş və orada da total etnik təmizləmə həyata keçirmişdir. Bu, regional sabitliyə və beynəlxalq hüquqa ciddi təhdid yaratmışdır.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında qeyd edildiyi kimi, Ermənistanın monoetnik dövlətçilik siyasəti bölgədə sülhə böyük təhdid yaradır.

– Regional sülh perspektivlərini məhdudlaşdırır;

– Radikal millətçilik və irqçilik ideologiyasını qoruyub saxlayır;

– Davamlı sülh və barışıq prosesinə maneçilik törədir;

– Beynəlxalq hüquq normalarının pozulmasına gətirib çıxarır.

Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində aparılan işlər öz nəticəsini verir. Bu sahədə ən mühüm nailiyyətlərdən biri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dəstəyinin əldə edilməsidir. 2025-ci ilin iyun ayında İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasında əldə edilmiş nailiyyətlər:

– Bütün 57 üzv ölkənin yekdil qərarı ilə Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin qəbulu;

– Qərbi Azərbaycan məsələsi barədə ayrıca bəndin daxil edilməsi;

– “Hazırkı Ermənistan ərazisindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamənin qəbulu.

İƏT üzv dövlətləri öz qərarlarında aşağıdakı məsələləri qınayır:

– Ermənistanın Qərbi azərbaycanlılara qarşı törətdiyi deportasiya;

– Qərbi azərbaycanlıların mədəni irsinin dağıdılması;

– Qərbi azərbaycanlıların qayıdış hüququnun inkar edilməsi;

– Qərbi Azərbaycan İcması ilə dialoqdan yayınması.

Eyni zamanda, üzv dövlətlər Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışına birmənalı dəstək ifadə edirlər.

Azərbaycan hökuməti, parlamenti, ictimai-siyasi və elmi dairələr bütün müvafiq beynəlxalq formatlarda Qərbi Azərbaycana qayıdışı insan hüquqlarının aliliyinin, haqq-ədalətin və bölgədə sülh və barışığın təmin edilməsinin mühüm şərti kimi səylərini davam etdirir.

Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə müxtəlif beynəlxalq parlament strukturlarında Qərbi Azərbaycana qayıdışa dəstək ifadə edən qərarlar qəbul olunmuşdur:

– Türk Dövlətləri Parlament Assambleyası – Qayıdış hüququna dəstək;

– Asiya Parlament Assambleyası – Məsələnin beynəlxalq gündəlikdə saxlanılması;

– Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi – İnsan hüquqları kontekstində dəstək.

Qərbi Azərbaycan İcması ayrı-ayrı dövlətlərlə təmaslarında və BMT başda olmaqla bütün müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qayıdış məsələsini insan hüquqları müstəvisində sistemli şəkildə qaldırır.

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan bütün səylər bir neçə strateji məqsədə xidmət edir:

Qərbi Azərbaycan məsələsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətin daha geniş dairələrində yayılması məqsədilə:

– Beynəlxalq media resurslarından istifadə;

– Akademik tədqiqat işlərinin dəstəklənməsi;

– Beynəlxalq konfrans və seminarların təşkili.

Xarici dövlətlərin və beynəlxalq təşkilatların dəstəyinin əldə edilməsi:

– Diplomatik kanallar vasitəsilə təsir göstərilməsi;

– Beynəlxalq hüquq normalarına istinad edilməsi;

– Regional və qlobal təhlükəsizlik aspektlərinin vurğulanması.

Ermənistanın qayıdışa şərait yaratması üçün bu dövlətə beynəlxalq təzyiqlərin göstərilməsi:

– Siyasi təzyiq mexanizmlərinin işə salınması;

– İqtisadi stimulların yaradılması;

– Beynəlxalq hüquq çərçivəsində öhdəliklərin xatırladılması;

Hazırda Azərbaycanın səyləri sayəsində regionda davamlı sülh istiqamətində müəyyən perspektivlər yaranmasına baxmayaraq, Ermənistan hökuməti qayıdışa imkan verməməklə əvvəlki hökumətlərin destruktiv siyasətini davam etdirir və sülhə mane olur. Buna baxmayaraq, Qərbi azərbaycanlıların sülh yolu ilə Ermənistandakı öz dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək. Qərbi azərbaycanlıların qayıdışı prosesi aşağıdakı şərtlərə uyğun olaraq həyata keçirilməlidir:

– Hər hansı zorakılıq və ya təzyiq olmadan;

– Fiziki təhlükəsizliyin tam təmin edilməsi;

– İnsan ləyaqətinin qorunması və hörmət edilməsi;

– Qayıtdıqdan sonra bütün hüquqların təmin edilməsi”.

“Qərbi Azərbaycan məsələsi yalnız tarixi ədalətsizliyin aradan qaldırılması məsələsi deyil, həm də regional sülh və sabitliyin təmin edilməsi, tolerant mühitin yaradılması və davamlı barışığın qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məsələnin beynəlxalq gündəlikdə qalması və həlli istiqamətində səylərin davam etdirilməsi, həm insan hüquqlarının, həm də regional təhlükəsizliyin təmin edilməsi baxımından zəruridir.

İƏT kimi mühüm beynəlxalq təşkilatların dəstəyinin əldə edilməsi, digər beynəlxalq strukturlarda məsələnin qaldırılması və Qərbi Azərbaycan İcmasının sistemli fəaliyyəti bu istiqamətdə atılan mühüm addımlardır. Gələcəkdə bu səylərin davam etdirilməsi və genişləndirilməsi Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi üçün əsas şərtdir” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər