Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,07 ABŞ dolları, yaxud 1,46 % artaraq 74,68 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,14 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,10 ABŞ dolları və ya 1,52 % artaraq 73,43 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin…
Daha çoxDay: July 4, 2025
Güclü külək, yağış, dolu – Günün havası
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.…
Daha çoxDeputatlar yenidən toplaşır – Gündəlikdə 22 məsələ var
Deputatlar yenidən toplaşır – Gündəlikdə 22 məsələ var
Daha çoxABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin etdi
Rəsmi Vaşinqton Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib. SİA xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Emi Karlon təyin edilib. Onun bu həftə Bakıya gəldiyi qeyd olunub. Emi Karlon 2022-2024-cü illərdə Xarici Xidmət İnstitutunda Siyasi Təlim Direktoru vəzifəsində çalışıb. Əvvəllər o, Şərqi Asiya və Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean adaları üzrə direktor müavini olub (2020-2022). O, həmçinin ABŞ-nin Yunanıstandakı səfirliyində (2016-2019) və ondan əvvəl İndoneziya, Avstriya və Rusiyada Siyasi Müşavir vəzifəsində çalışıb. O, ABŞ Dövlət Departamentinin Avropa və…
Daha çoxBakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib
Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib. SİA Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, bir sıra yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Hal-hazırda: 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Daha çoxÇin avtomobilləri Mərkəzi Avropadakı payını genişləndirir
Çin avtomobilləri Mərkəzi Avropadakı payını genişləndirir
Daha çoxSuriyanın gerbi də dəyişdirildi
Suriyanın gerbi dəyişdirilib. SİA xəbər verir ki, yeni dövlət simvolu Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaranın iştirakı ilə keçirilən tədbirdə nümayiş edirilib. Belə ki, dəyişdirilmiş qartal Suriya xalqının tarixinin yeni mərhələsinə keçidə işarə edir, həmçinin suriyalılara xas olan güc və qətiyyəti təcəssüm etdirir. Qeyd edək ki, daha öncə Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən dərhal sonra ölkənin dövlət bayrağı dəyişdirilib.
Daha çoxBritaniyanın baş naziri istefa verə bilər
Britaniyanın Baş naziri Keir Starmer ölkə hökuməti zəif işləməyə davam edərsə, yaxın aylarda istefa verə bilər. SİA xəbər verir ki, bu barədə “Sky News” Leyboristlər Partiyasının iki yüksək rütbəli üzvünə istinadla məlumat yayıb. “Leyboristlər Partiyasının bəzi dairələrində narazılıq və ümidsizlik səviyyəsi o qədər yüksəkdir ki, bir illik yubiley günündə belə, hökumətdəki nazirlərdən eşitmək olur: Starmer bir neçə aya vəzifədən getməli ola bilər”, – Bu bəyanat Leyboristlər daxilindəki daxili gərginliyi və liderlik məsələlərinə dair narazılığı üzə çıxarır. Maraqlıdır ki, bu cür xəbərlər partiyanın gələcək strategiyasına necə təsir edəcək. Financial Times bu…
Daha çoxTezliklə Rusiyaya 18-ci sankiya paketi tətbiq ediləcək
Avropa İttifaqının Rusiyaya qarşı növbəti 18-ci sanksiya paketi Aİ-nin Slovakiyaya enerji məsələsində lazımi təminat verməsindən sonra tezliklə qəbul oluna bilər. SİA “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, Bratislava bu gün Avropa Komissiyasından 2027-ci ilə qədər Rusiyanın enerji mənbələrindən mərhələli şəkildə uzaqlaşması ilə bağlı zəmanət alıb. “Bu, tezliklə Rusiyaya qarşı növbəti sanksiyalar paketinin (18-ci) qəbuluna gətirib çıxara bilər”, – deyə bildirilib.
Daha çoxFransada 933 uçuş ləğv edilib
Hava nəqliyyatı dispetçerlərinin tətilinin ilk günündə Fransada 933 uçuş ləğv edilib. SİA xəbər verir ki, bu barədə Mülki Aviasiya İdarəsi məlumat verib. Avropa Hava Yolları Assosiasiyası davam edəcək bu tətili dözülməz hesab edir. Ölkə daxilində təyyarə uçuşlarında xaos yaranıb. Etirazda 272 dispetçer iştirak edir. Avropanın əsas hava yolları assosiasiyası “Airlines for Europe” (A4E) etirazın təxminən 300 min sərnişinə təsir edəcəyini proqnozlaşdırır.
Daha çox