Rusiya “Taliban” hökumətini tanıyan ilk ölkə oldu

Əfqanıstanda taliblərin hakimiyyətini dünyada rəsmən tanıyan ilk ölkə Rusiyadır. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Rusiya XİN təsdiq edib ki, Moskva Əfqanıstan İslam Əmirliyini tanıyır. Qeyd edək ki, söhbət 2021-ci ilin avqustunda Əfqanıstan üzərində nəzarəti qaytaran və İslam Əmirliyini bərpa edən “Taliban” hərəkatının ikinci rejimindən gedir.

Daha çox

İran hava məkanını açır

İran öz hava məkanını açıb və əksər hava limanlarında fəaliyyətini bərpa edib. SİA xəbər verir ki, bu haqda İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat yayıb. “Mehrabad və İmam Xomeyni hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənubundakı hava limanları fəaliyyətini bərpa edib və tam spektrli xidmətlər göstərməyə hazırdır”, – deyə məlumatda bildirilir. Qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, İranın bütün hava limanlarında daxili və beynəlxalq reyslər saat 05:00-dan 18:00-a kimi həyata keçiriləcək.

Daha çox

Almaniyanın Hesablama Palatası hökumətin kibertəhlükəsizlik strategiyasını tənqid edib

Almaniyanın Hesablama Palatası federal hökumətin informasiya texnologiyaları infrastrukturunda ciddi təhlükəsizlik boşluqları olduğunu açıqlayıb. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Büdcə Komitəsinə təqdim olunan hesabatda dövlətin məlumat mərkəzləri və şəbəkələrinin müasir kibertəhdidlərə qarşı kifayət qədər qorunmadığı qeyd edilib. Bildirilib ki, federal hökumətə məxsus 100-dən çox məlumat mərkəzindən cəmi 10 faizi minimum təhlükəsizlik standartlarına cavab verir. Bir çox qurumlarda fövqəladə hallar üçün ehtiyat enerji sistemi və coğrafi ehtiyat nüsxələmə imkanları mövcud deyil. Bu isə sosial təminat kimi əsas dövlət xidmətlərinin davamlılığına təhlükə yaradır. Sənəddə kibertəhlükəsizlik sahəsində məsuliyyət daşıyan dövlət qurumlarının sayının…

Daha çox

Finlandiyada ticarət mərkəzində bıçaqlanma olub

Finlandiyanın Tampere şəhərindəki “Ratina” ticarət mərkəzinin yaxınlığında bıçaqlı hücum olub. SİA Finlandiya polisinin açıqlamasına istinadla xəbər verir ki, hücum nəticəsində 4 nəfər xəsarət alıb. Onların vəziyyəti barədə hələlik məlumat verilmir. Təxminən 20 yaşlarında olan hücum edən şəxs hadisə yerində polislər tərəfindən saxlanılıb. Bıçaqlı hücum ticarət mərkəzinə gələnlərin həyəcanına səbəb olub. Hadisədən sonra polis ticarət mərkəzini və ona bitişik meydanı mühasirəyə alıb. Axşama yaxın kordon qaldırılıb. Polis hadisənin başvermə səbəblərini araşdırmaqda davam edir və şahid ifadələrini toplayır. Hücum edənin motivləri və hərəkətlərinin xarakteri hələ ki, məlum deyil.

Daha çox

Türkiyədəki meşə yanğınları ilə bağlı sevindirici xəbər

Türkiyədə 9 əsas meşə yanğınından 6-sı nəzarət altına alınıb. SİA xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib. “Bu gün Antalya, Mersin, Kırklareli, eləcə də Silivri (İstanbul) və Uşak (Aydın) rayonlarında doqquz irimiqyaslı yanğınla mübarizə apardıq. Onlardan 6-sı lokallaşdırılıb. Çeşmədə (İzmir) yanğının şiddəti azalıb və sabah müsbət xəbərlər gözləyirik”, – nazir deyib. Yumaklının sözlərinə görə, ən çətin vəziyyət Egey dənizi sahilində yerləşən İzmir şəhərində müşahidə olunur: “Yanğınların söndürülməsi üçün 10 təyyarə, 25 helikopter və çox sayda canlı qüvvələ cəlb olunub. Yanğınların baş…

Daha çox

İzmirdəki yanğında bir meşə işçisi həlak olub

Türkiyənin İzmir vilayətinin Ödemiş rayonunda baş verən yanğında bir meşə işçisi həlak olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib. Nazir hadisə yerində bir sürücünün də ağır yaralandığını bildirib. Bundan əlavə, yanğında 80 yaşlı yataq xəstəsinin də həyatını itirdiyi bildirilir. Türkiyədə daha bir meşə yanğını İstanbulda baş verib. Şəhərin Silivri rayonunda meydana gələn yanğınla bağlı İstanbul Valiliyi açıqlama verib. Bildirilib ki, bölgəyə 7 təyyarə, 3 helikopter, çox sayda texnika və 691 nəfərdən ibarət işçi heyəti cəlb edilib. Qabaqlayıcı tədbir olaraq 50…

Daha çox

Futbolçu Daniil Utkin İslamı qəbul etməsinin səbəbini açıqlayıb…

“Baltika” futbol klubunun yarımmüdafiəçisi Daniil Utkin İslamı qəbul etdiyini təsdiqləyib. Qeyd edək ki, bununla bağlı ilk xəbər verən SİA xatırladır ki, idmançının müsəlman olması ilə bağlı məlumatlar hələ bu ilin mart ayında ortaya çıxmışdı. Utkinin icarə əsasında çıxış etdiyi Qroznının “Axmat” klubunun mətbuat xidməti futbolçuların şəxsi həyatının sirri olduğunu əsas gətirərək şərh verməkdən imtina etmişi. Üç aydan sonra Utkin həqiqətən də İslamı qəbul etdiyini təsdiqləyərək bu mövzuda eyhamlara son qoymaq qərarına gəldi. İdmançı hələ “Axmat”ın heyətinə qatılmamışdan əvvəl müsəlman olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu, onun “Rostov”da aktiv çıxışları zamanı…

Daha çox

turistlərə diqqətli olmağı tövsiyə edilib

Türkiyənin onlarla əyalətində yayılan dabaq xəstəliyindən sonra bütün mal-qara bazarlarını dayandırıb. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Kənd Təsərrüfatı Nazirliyi yanında Qida Məhsullarına Nəzarət Baş İdarəsi məlumat yayıb. Dabaq xəstəliyi nədir? Dabaq xəstəliyi əsasən inək, donuz və qoyun kimi ev heyvanlarını təsir edən viral xəstəlikdir. Xəstəlik ağız boşluğunun və dərinin selikli qişasında xoraların əmələ gəlməsi, həmçinin qızdırma ilə müşayiət olunur. İnsanlara çox nadir hallarda ötürülür, lakin nəzəri cəhətdən xam və ya az bişmiş heyvan məhsullarının istehlakı və ya yoluxmuş heyvanlarla birbaşa təmas zamanı mümkündür. İnsanlarda infeksiyanın simptomlarına atəş, boğaz ağrısı,…

Daha çox